Ağız boşluğundakı bakteriyaları məhv edən diş fırçası yaradıldı
26.05.2026 13:06

 

MİFİ Milli Tədqiqat Nüvə Universitetinin gənc tədqiqatçılardan ibarət komandası yeni nəsil diş fırçasını təqdim edib. Cihazın iş prinsipi patogen mikroorqanizmlərin məhv edilməsi üçün fotodinamik terapiya effektinə əsaslanır.

 

Aztibb.az xəbər verir ki, ixtira barədə "Gazeta" nəşri məlumat yayıb.

 

Bu layihənin əsas fərqi standart səs siqnallarından və səsli xatırlatmalardan imtina edilməsidir. Komanda gigiyena qaydalarının ən çox yayılmış pozuntusuna qarşı mübarizəyə üstünlük verib: statistikaya görə, insanların 92%-i dişlərin tövsiyə olunan iki dəqiqəlik fırçalama müddətinə riayət etmir.

 

Tərtibatçılar komandasının rəhbəri Kseniya Qaluşkina ixtira barədə bunları deyib: "Bu diş fırçası insana "bir az da fırçala" deməyəcək, çünki bazarda belə modellər onsuz da var. Biz səs-küyü deyil, işığı artırmaq qərarına gəldik. Fırçanın daxilinə svetodiod (LED) yerləşdirilib və müəyyən spektrdəki işıq sayəsində ağız boşluğundakı bakteriyalar məhv edilir, həmçinin iltihab prosesi azalır".

 

Sözügedən layihə Arxansk şəhərində keçirilən "BioNovasiyalar" fənlərarası keys çempionatı çərçivəsində təqdim olunub və bürünc medala layiq görülüb. Mükafat qazanmaqla yanaşı, fırça böyük sənaye tərəfdaşı olan "BIOMED" brendinin ("SPLAT Global" şirkəti) də diqqətini çəkib.

 

Layihə müəllifləri qeyd edirlər ki, cihaz tərəfdaş şirkətin mövcud diş pastaları ilə birgə istifadə üçün nəzərdə tutulub. Həmin pastaların xüsusi kimyəvi tərkibi svetodiod şüalanmasının bakterisid (bakteriyaları məhv edən) təsirini daha da gücləndirir. Bu mühəndislik həlli sayəsində, əvvəllər patentləşdirilmiş analoqlarla müqayisədə məhsulun maya dəyərini aşağı salmaq və ekoloji təmizliyini artırmaq mümkün olub.

 

Hazırda MİFİ tələbələri laboratoriya prototipini bazarda əlçatan olacaq seriyalı məhsula çevirmək üçün sənaye tərəfdaşı ilə rəsmi əməkdaşlığın başlamasını gözləyirlər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır