Afrikada 10 mindən çox tibb işçisi COVID-19-a yoluxub
25.07.2020 15:33

Afrika ölkələrində COVID-19-a yoluxanların sayı 800 min nəfərdən çoxdur, 17 mindən artıq insan isə vəfat edib.

 

Aztibb.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. Qeyd olunub ki, Afrikanın 40 ölkəsində 10 mindən çox tibb işçisi də yeni növ koronavirusa yoluxub.

 

ÜST-nin bu qitə üzrə regional direktoru Matşidiso Moeti bildirib ki, qlobal miqyasda həkimlərin ən çox COVID-19-a yoluxduğu məkan Afrikadır. Onun sözlərinə görə, bu, qitə ölkələrindəki xəstəxanalarda qoruyucu geyimlərin çatışmazlığı və şəraitin qənaətbəxş olmaması ilə əlaqədardır.


ÜST-nin məlumatında qeyd olunub ki, hazırda pandemiyanın ən çox rast gəlindiyi Cənubi Afrika Respublikası, Misir və Çadda yoluxma halları azalsa da, qitənin qərb regionunda COVID-19 sürətlə yayılmaqdadır. Təşkilatın nümayəndəsi inkişaf etmiş ölkələri Afrikaya daha çox yardım etməyə çağırıb.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
AQTA-nın KOB evlərində xidmət göstərən əməkdaşları üçün təlim təşkil olunub