Həkim baş ağrısı zamanı təhlükəli “qırmızı siqnalları” açıqladı
24.05.2026 09:00

 

Tanınmış rusiyalı həkim Aleksandr Myasnikov bildirib ki, bəzi baş ağrıları ciddi xəstəliklərin əlaməti ola bilər və onları görməzlikdən gəlmək təhlükəlidir. Həkim bu simptomları “qırmızı siqnallar” adlandırıb.

 

Aztibb.az "Life" portalına istinadən yazır ki, həkimin sözlərinə görə, əgər baş ağrısı ilk dəfə gecə yuxudan oyadırsa və ya insan bunu həyatında yaşadığı “güclü ağrı” kimi təsvir edirsə, bu, təhlükəli patologiyaların xəbərçisi ola bilər.

 

“Həkimlərin "qırmızı siqnallar" adlandırdığı hallar var. Əgər baş ağrısı sizi gecə ilk dəfə yuxudan oyadırsa və ya bu, həyatınızda keçirdiyiniz ən dəhşətli baş ağrısıdırsa, mütləq diqqətli olmaq lazımdır”, — deyə Myasnikov vurğulayıbHəkim qeyd edib ki, xüsusilə 50 yaşdan yuxarı insanlarda ilk dəfə yaranan güclü baş ağrıları ciddi araşdırılmalıdır. Bundan əlavə, ağrının hərəkət və ya bədən vəziyyətinin dəyişməsi ilə güclənməsi də narahatedici əlamət sayılır.

 

Aleksandr Myasnikov əlavə edib ki, baş ağrısı nitq pozğunluğu, bədənin hər hansı hissəsində keyimə və ya hissiyat itkisi ilə müşayiət olunursa, vaxt itirmədən mütəxəssisə müraciət etmək lazımdır.

 

Həkimin bildirdiyinə görə, bu əlamətlər beyin şişi, təhlükəli infeksiyalar və ya beyin damarlarının anevrizması kimi həyati risk yaradan problemlərin göstəricisi ola bilər. Belə hallarda təcili tibbi yardım və ətraflı müayinə vacib hesab olunur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır