Naxçıvan Yoluxucu Xəstəliklər Mərkəzi müasir tibbi avadanlıqlarla təmin olunub  
19.05.2026 15:51
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə “Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzi” PHŞ yeni müasir tibbi avadanlıqlarla təmin olunub.
 
Bu barədə Aztibb.az-a Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən məlumat verilib.
 
Bildirilib ki, Mərkəzə təqdim edilən süni intellekt dəstəkli ultrasəs sistemi (EXO) müasir texnologiyalara əsaslanaraq diaqnostik imkanların genişləndirilməsinə, müayinə keyfiyyətinin artırılmasına və xəstələrə göstərilən tibbi xidmətlərin daha da təkmilləşdirilməsinə xidmət edəcəkdir.
 
Bununla yanaşı, mərkəz SWS 4000 A hemodializ cihazı ilə də təmin olunmuşdur. Yeni cihaz vasitəsilə reanimasiya və toksikologiya şöbəsində müalicə alan xəstələrə operativ şəkildə tibbi xidmət göstərilməsi, onların digər tibb müəssisələrinə göndərilməsinə ehtiyac yaranmadan yerində müalicəsinin təşkili mümkün olacaqdır.
 
Bu cür müasir tibbi avadanlıqların tibb müəssisələrinə təqdim olunması əhalinin sağlamlığının qorunması, keyfiyyətli və əlçatan tibbi xidmətlərin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin davamıdır.
ÇOX OXUNANLAR
Naxçıvanın Babək rayonunda növbəti tibbi müayinə aksiyası keçirilib
Göygöl Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası
Könüllü qanvermə praktikası müasir transfuzologiyada qan təhlükəsizliyinin təmin olunmasının ən effektiv modelidir - MÜSAHİBƏ
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun əməkdaşı Çində beynəlxalq seminarda iştirak edir
Mərkəzi Gömrük Hospitalının terapevti Mədəniyyət TV-nin “Səhərçağı” proqramına müsahibə verib
Burun tənəffüsünün pozulmasından əziyyət çəkən pasiyent üzərində müasir endoskopik cərrahi əməliyyat uğurla icra olunub
Xəstəxanadaxili infeksiyaların qarşısının alınması səhiyyə xidmətinin keyfiyyətinin əsas prioritetlərindən biridir
 Goranboy RMX-da könüllü qanvermə aksiyası keçirilib
Mərkəzi Klinikanın əməkdaşlarına Fəxri fərmanlar təqdim olunub
Xroniki bel ağrılarında müasir fizioterapiya yanaşmaları
Ağdərə rayonu Vəngli kəndində yaşayan sakinlərin səyyar tibbi aksiyası həyata keçirilib
Tədris Cərrahiyyə Klinikasında mürəkkəb açıq ürək əməliyyatı uğurla həyata keçirilib
Beyləqan RMX-nın tabeliyindəki kənd həkim və kənd tibb məntəqələrinin işçiləri tərəfindən ev ziyarətləri davam etdirilir
Fast foodun bağırsağa təsiri