"Həkimlərimizi tanıyaq!" rubrikası təqdim edir: Kardioloq Almaz Abbasova 
11.07.2026 12:23

Dünyada həkimlik qədər şəfalı, şəfqətli, xeyirxah və humanist peşə yoxdur. Bütün zamanlarda xalqlar arasında həkim cəmiyyətin ən çox sevilən və hörmət edilən təbəqəsi sayılıb, onların haqqında hikmətli sözlər yazılıb. Seçdiyi peşəsindən, həyatdakı işindən, mövqeyindən asılı olmayaraq, hər kəsin qəlbində bu sənət sahiblərinə qarşı ali hisslər yaşayır.

 
Aztibb.az-ın "Həkimlərimizi tanıyaq!" rubrikasında söz açacağımız Abbasova Almaz Məhəmməd qızı Tovuz RMX PHŞ-in Poliklinika şöbəsinin kardioloq həkimidir.
 

Almaz Abbasova 1960-cı ildə Tovuz rayonu Aşağı Öysüzlü kəndində anadan olub. 1981-ci ildə Nəriman Nərimanov adına ADTİ-na daxil olub, 1987-ci ildə İnstitutu bitiib. 1989-cu ildə internaturanı terapevt ixtisası üzrə bitirib.

O, 1993-1995-ci illərdə Bakı şəhəri “Azər Su Tikinti” xəstəxanasında Fizioterapiya şöbəsinin müdiri əvəzedicisi vəzifəsində fəaliyyət göstərib.

 

1995-ci ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda Kardiologiya ixtisası üzrə kursu bitirib.

A.Abbasova 1995-ci ildən, 2023-cü ilin fevral ayına qədər “Azərs Su Tikinti” xəstəxanasında həkim-kardioloq vəzifəsində çalışıb.
2023-cü ilin fevral ayında 2026-cı ilin mart ayına qədər Nİzami Tibb Mərkəzi PHŞ-in poliklinika şöbəsində həkim-kardioloq vəzifəsində çalışıb.

Hazırda Tovuz RMX PHŞ-in poliklinika şöbəsində həkim-kardioloq işləyir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev