Şahbuz rayonunda növbəti tibbi müayinə aksiyası təşkil olunub 
11.07.2026 14:16

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə əhalinin sağlamlığının qorunması və keyfiyyətli tibbi xidmətlərə əlçatanlığının artırılması istiqamətində həyata keçirilən tibbi müayinə aksiyaları davam etdirilir.

Nazirlikdən Aztibb.az-a bildirilib ki, bu çərçivədə "Naxçıvan Sağlamlıq Mərkəzi" PHŞ-nin ixtisaslı həkim briqadası tərəfindən Şahbuz rayonunun Keçili Kənd Tibb Məntəqəsində növbəti tibbi müayinə aksiyası təşkil olunub.

Aksiya zamanı vətəndaşlara kardiocərrah tərəfindən 36, terapevt tərəfindən 15, USM üzrə 15, travmatoloq, nevropatoloq, oftalmoloq və LOR həkimlərinin hər biri tərəfindən 8, cərrah tərəfindən isə 5 nəfər müayinə olunmaqla ümumilikdə 103 tibbi müayinə həyata keçirilib. Müayinələr nəticəsində vətəndaşlara sağlamlıq vəziyyətləri ilə bağlı tibbi məsləhətlər verilib, əlavə müayinə və müalicəyə ehtiyacı olan şəxslər isə ixtisaslaşmış tibb müəssisələrinə yönləndirilib.

Əhalinin sağlamlığının qorunması və tibbi xidmətlərə əlçatanlığın artırılması məqsədilə bu cür tibbi müayinə aksiyalarının növbəti aylarda da davam etdirilməsi nəzərdə tutulur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev