Angioqrafiyanın müalicəyə təsiri varmı?
23.05.2026 12:44
Kardioloji xəstəxananın Reanimasiya, intensiv terapiya və anesteziologiya şöbəsinin müdiri, həkim-kardioloq Nailə Zərbəliyeva Aztibb.az-a angioqrafiyanın müalicəyə təsiri ilə bağlı məlumat verib.
 
Həkim bildirib ki, angioqrafiya müasir tibbdə damar xəstəliklərinin diaqnostikası və müalicə yolunun seçilməsində "qızıl standart" hesab olunur.
 
Onun sözlərinə görə, kardiologiya praktikasında angioqrafiya (koronar angioqrafiya) sadə bir müayinə üsulu deyil, ürək-damar xəstəliklərinin müalicə strategiyasını təyin edən ən mühüm mərhələdir. Bu prosedur ürəyi qidalandıran damarların vəziyyətini birbaşa vizuallaşdırmağa və xəstəliyin xarakterini dəqiq anlamağa imkan verir.
 
Nailə Zərbəliyeva qeyd edib ki, müalicə prosesində angioqrafiyanın rolu əvəzsizdir. İlk növbədə, o, xəstə üçün ən doğru müalicə yolunu seçməyimizə kömək edir: damarların vəziyyətindən asılı olaraq xəstəyə konservativ dərman müalicəsi, stent taxılması (angioplastika) və ya cərrahi şuntlama əməliyyatı (bypass) təyin olunur. Xüsusilə kəskin infarkt zamanı icra olunan təcili angioqrafiya, tıxanan damarı saniyələr içində müəyyən edib açmağa və ürək əzələsinin zədələnməsinin qarşısını almağa şərait yaradır. Beləliklə, angioqrafiya həm diaqnostik bir vasitə, həm də birbaşa həyatqurtarıcı müalicəvi müdaxilədir.
 
"Müasir kardiologiyada bu prosedur minimal invaziv üsulla, yerli keyitmə altında və xəstə ilə ünsiyyət saxlanılaraq həyata keçirilir. Unutmaq olmaz ki, vaxtında aparılan angioqrafiya xəstəliyin ağırlaşma riskini minimuma endirir və xəstənin gələcək həyat keyfiyyətini təmin edir. Əgər həkiminiz sizə bu müayinəni məsləhət görübsə, bu, gələcəkdə baş verə biləcək ağır infarkt riskini vaxtında aradan qaldırmaq üçündür”, - deyə kardioloq əlavə edib.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır