Qandallı halda məhkəmədə uşaq dünyaya gətirdi
23.05.2026 15:59

Nyu-Yorkda 33 yaşlı təqsirləndirilən şəxs Samanta Radazzo məhkəmənin Bruklin zalında, skamyaya qandallanmış vəziyyətdə olarkən uşaq dünyaya gətirib.

 

Aztibb.az xəbər verir ki, bu barədə “The Independent” məlumat yayıb.

 

Məlumata görə, qadın narkotik maddələrin saxlanılması şübhəsi ilə saxlanılıb və doğuşdan əvvəl təxminən bir sutka həbsdə olub.

 

Nəşrin yazdığına əsasən, Radazzonun sancıları məhkəmə iclası zamanı başlayıb. O, tam tibbi yardım göstərilmədən, məhkəmə əməkdaşlarının və hüquq-mühafizə orqanlarının gözü qarşısında doğuş edib.

 

Hadisə hüquq müdafiə təşkilatlarının kəskin reaksiyasına səbəb olub. Onlar araşdırma aparılmasını və hamilə qadınların həbs şəraitinin yenidən nəzərdən keçirilməsini tələb ediblər.

 

Birgə bəyanatda aktivistlər bu hadisəni “dərin mənəvi uğursuzluq” və “ABŞ cəza sisteminin qəddarlığının göstəricisi” kimi qiymətləndiriblər. “The Independent”in məlumatına görə, məhkəmə zalında olan bəzi şəxslər doğuş zamanı zarafatlar da ediblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır