Qadın eyni uşağı iki dəfə dünyaya gətirdi
15.05.2026 08:52

ABŞ-ın Florida ştatında həkimlər hələ doğulmamış körpənin həyatını xilas edən unikal əməliyyat həyata keçiriblər.

 

Aztibb.az “The Guardian” qəzetinin məlumatına istinadən yazır ki, hamiləliyin 25-ci həftəsində həkimlər dölü qismən ana bətnindən çıxararaq onun tənəffüs yollarını formalaşdırıb, daha sonra yenidən ana bətninə qaytarıblar.

 

Məqalədə qeyd olunur ki, “Floridada bir körpə həyatını xilas edən innovativ əməliyyatdan sonra sanki iki dəfə doğulub. Doğuşa bir neçə həftə qalmış ananın bətnindən döl qismən çıxarılıb”.

 

Uşaqda yuxarı tənəffüs yollarının tutulması ilə xarakterizə olunan nadir sindrom aşkarlanıb. Bu xəstəlik əksər hallarda ölümlə nəticələnir. Uğurlu tibbi müdaxilə nəticəsində Keyşera Jouber altı həftə sonra Kassian adlı oğlunu dünyaya gətirib.

 

Körpə dörd aydan artıq reanimasiya şöbəsində nəzarətdə saxlanılıb. Hazırda isə onun həyatı üçün təhlükə olmadığı bildirilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır