Ağız boşluğundakı bakteriyalar bağırsaq xərçəngini sürətləndirə bilər
25.07.2020 14:26

Ağız boşluğundakı mikrobların bəziləri nisbətən zərərsizdir, digərləri isə bir o qədər də zərərsiz deyil. Məsələn, “Fusobacterium nucleatum” bakteriyası ağız boşluğunda adi simbiont kimi hiss olunmadan yaşaya bilər, lakin yeri düşdükdə periodontitə və ya periodontun iltihabına səbəb ola bilər. Əgər həmin bakteriya qana keçərsə və immunitet onu qanda vaxtında məhv etməzsə, beyinə, qaraciyərə və ürəyə zərər verəcək.

 

Məlumdur ki, periodont xəstəlikləri olan qadınlarda vaxtından əvvəl doğuş riski yüksəkdir – bu halda da səbəbi “Fusobacterium nucleatum” bakteriyasında görürlər. Nəhayət, bu bakteriyaya yoğun bağırsağın bədxassəli şişlərində tez-tez rast gəlinir. Üstündə “Fusobacterium nucleatum” bakteriyasının olduğu şiş hüceyrələri şişdən rahat şəkildə ayrılır və metastatik olur. Bununla bağlı Virginiya Politexnik Universitetindən tədqiqatçıların məqalələri “Science Signaling” jurnalında dərc edilib.

 

“Nauka i jizn” jurnalının məlumatında bildirilir ki, məqalədə insan orqanizmində “Fusobacterium nucleatum” bakteriyası ilə şiş hüceyrələri arasında münasibət izah edilib. Bu bakteriyalar hüceyrələrin səthinə yapışır və hüceyrələr cavab olaraq IL-8 və CXCL1 zülallarını kənara buraxırlar. Bu iki zülal infeksiyaya qarşı immuniteti stimullaşdırır. Lakin o da məlumdur ki, həmin zülalların kombinasiyası xərçəng hüceyrələrini metastatik olmağa yönəldir. Yəni infeksiyadan qorunmağa çalışan xərçəng hüceyrələri həmin immun siqnallarla ətrafdakı hüceyrələri də şişdən ayrılaraq yeni ərazi tutmaq üçün meyilləndirir.

 

Məqalənin müəllifləri qeyd edirlər ki, şiş hüceyrələrini “səyahətə” göndərmək üçün bakteriyaların çox olması vacib deyil.

 

Gələcəkdə tədqiqatçılar “Fusobacterium nucleatum” bakteriyalarının şişdə digər bakteriyalarla (məsələn, bəlkə onunla “müttəfiq”, yaxud onun “düşməni” var) qarşılıqlı təsirdə olub-olmadığını izah etməyi planlaşdırırlar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır