Qasıq nahiyəsində ağrı və şişkinlik təhlükəli siqnal ola bilər
12.05.2026 14:07
Qasıq nahiyəsində hiss olunan sancı və ya şişkinlik çox vaxt önəmsiz qəbul edilsə də, bu əlamətlər daha ciddi problemlərin göstəricisi ola bilər.
Bu barədə Aztibb.az-a Tədris Cərrahiyyə Klinikasının ümumi və bariatrik cərrahı, professor Elçin Abdinov məlumat verib.
Onun sözlərinə görə, xüsusilə əyilərkən, öskürərkən və ya ağır yük qaldırarkən qasıq nahiyəsində ağrının və şişkinliyin artması diqqətə alınmalı vacib siqnallardandır. Bəzi hallarda bu narahatlıq uzun müddət oturmağı belə çətinləşdirir.
“Elə hallar olur ki, pasiyentlər ağrını və şişkinliyi uzun müddət gözardı edir. Halbuki bu vəziyyət zamanla ağırlaşaraq təcili cərrahi müdaxilə tələb edən mərhələyə keçə bilər. Qasıq yırtığı zamanı bağırsaqların sıxılması bağırsaq keçməzliyi kimi ciddi fəsadlara gətirib çıxara bilər”, – deyə E.Abidinov qeyd edib.
Həkim vurğulayıb ki, müasir tibbi texnologiyalar sayəsində qasıq yırtığı əməliyyatları minimal invaziv üsullarla icra olunur, bu da xəstələrin daha tez sağalmasına və əməliyyatdan sonra izlərin minimum olmasına imkan yaradır.
Mütəxəssis əlavə edib ki, qasıq yırtığı əməliyyatı vaxtında icra edildikdə həm ağrılar aradan qalxır, həm də gələcəkdə yarana biləcək ağırlaşmaların qarşısı alınır.
Sonda qeyd olunub ki, qasıq nahiyəsində hər hansı ağrı və ya şişkinlik müşahidə olunduqda gecikmədən həkimə müraciət etmək vacibdir.
Bu bölməyə aid digər xəbərlər
Gen terapiyası ümumi xəstəliklərin müalicəsində yeni mərhələ aça bilər
21.10.2026 | 15:54
Süni intellekt fotodan xərçəng xəstələrinin ömür müddətini təxmin edir
21.10.2026 | 11:34
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda 24/7 fasiləsiz tibbi xidmət
21.10.2026 | 09:50
Təbiətə virtual tamaşa etməyin beyinə gözlənilməz təsiri araşdırılıb
21.10.2026 | 08:55
Dünya şəhərlərində minlərlə naməlum virus gizlənir
21.10.2026 | 07:51
Yeməkdən sonra 15–20 dəqiqəlik yüngül gəzinti sağlamlığınıza müsbət təsir göstərə bilər
20.10.2026 | 16:42
Əməliyyatda xəstənin bədənində tənzif unuduldu - 2 həkimə məhkəmə iddiası qaldırıldı
20.10.2026 | 13:48
Virusoloq öz üzərində xərçəng müalicəsi sınağı aparıb - Dörd ildir xəstəlikdən azaddır
20.10.2026 | 10:13
Revmatoloq oynaq ağrılarının narahatedici səbəblərini açıqlayıb - Təkcə hava dəyişikliyi ilə bağlı deyil
20.10.2026 | 08:58
Gecə yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər - TƏDQİQAT
19.10.2026 | 09:15
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

