Bariatrik əməliyyatlar diabet və digər metabolik xəstəliklərə müsbət təsir göstərir
09.05.2026 13:10

ATU-nun Tədris Cərrahiyyə Klinikasının ümumi və bariatrik cərrahı, t.ü.f.d. Könül Sarıyeva bariatrik əməliyyatların metabolik xəstəliklərə təsiri ilə bağlı Aztibb.az-a məlumat verib.

 

Onun sözlərinə görə, bariatrik cərrahiyyə əməliyyatından sonra 2-ci tip şəkərli diabetin gedişatında əhəmiyyətli dərəcədə yaxşılaşma müşahidə olunur. Qeyd edilir ki, əməliyyatdan sonra qısa müddət ərzində qanda şəkərin səviyyəsi sürətlə normallaşır.

 

Mütəxəssis bildirib ki, aparılan müşahidələrə əsasən, 2-ci tip şəkərli diabet xəstələrinin təxminən 77 faizi bariatrik əməliyyatdan sonra diabet əleyhinə dərman qəbulunu dayandırır.
K.Sarıyeva vurğulayıb ki, müsbət dəyişikliklər digər yanaşı xəstəliklərdə də özünü göstərir. Belə ki, arterial hipertenziyada 66 faiz, hiperlipidemiyada 83 faiz, yuxu apnoesində isə 88 faiz yaxşılaşma qeydə alınır.

 

Sonda qeyd olunub ki, bariatrik cərrahiyyə yalnız çəki azalmasına deyil, eyni zamanda metabolik xəstəliklərin idarə olunmasına da ciddi töhfə verir.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır