Uşaq cərrahından xəbərdarlıq: Kriptorxizm vaxtında aşkarlanmasa, sonsuzluq riski artır
02.05.2026 12:32
ATU-nun Tədris Cərrahiyyə Klinikasının uşaq cərrahiyyəsi şöbəsinin müdiri, professor Ramiz Poluxov anadangəlmə inkişaf qüsurlarından biri olan kriptorxizm barədə Aztibb.az-a məlumat verib.
Professorun sözlərinə görə, kriptorxizm xayanın xayalığa (skrotuma) enməməsi ilə xarakterizə olunan anadangəlmə patologiyadır. Normal halda dölün bətindaxili inkişafı zamanı xaya böyrəyin aşağı qütbündən başlayaraq qasıq kanalından keçib xayalığa enir. Bu proses yolunda dayanarsa kriptorxizm, yoldan kənar yerləşərsə isə ektopiya adlanır.
Həkim bildirib ki, təqdim olunan klinik halda xəstədə kriptorxizmin qasıq forması müşahidə edilib: “Bu patologiya ideal olaraq uşağın 1 yaşına qədər aşkarlanmalı və cərrahi müdaxilə olunmalıdır. Lakin bəzi hallarda, o cümlədən bu xəstədə olduğu kimi, problem vaxtında müəyyən edilmir. Müalicə taktikasına gəldikdə isə, xayanın yerləşməsindən asılı olaraq fərqli cərrahi yanaşmalar tətbiq edilir. Əgər xaya qarın boşluğunda yerləşirsə, laparoskopik əməliyyat aparılır. Qasıq kanalında və ya ondan kənarda yerləşdikdə isə açıq cərrahi müdaxilə üstünlük təşkil edir. Bu konkret halda xaya qasıq kanalında yerləşdiyindən açıq əməliyyat icra etmişik”.
R.Poluxov vurğulayıb ki, vaxtında əməliyyat olunmayan hallarda xayanın atrofiyası və gələcəkdə sonsuzluq riski artır. Qarın boşluğunda qalan xayalarda isə şişə çevrilmə ehtimalı mövcuddur. Bundan əlavə, xayanın normal fəaliyyəti üçün onun bədən temperaturundan təxminən 1°C aşağı mühitdə yerləşməsi vacibdir. Yüksək temperatur isə sperma hüceyrələrinə mənfi təsir göstərərək əlavə fəsadlara səbəb ola bilər. Bu baxımdan, inkişaf etməmiş xaya qarın boşluğunda yerləşirsə, onun çıxarılması tövsiyə olunur. İnkişaf etmiş xaya isə vaxtında xayalığa endirilməlidir.
Ramiz Poluxov son illərdə anadangəlmə inkişaf qüsurlarının artdığını da qeyd edib. Onun sözlərinə görə, bu qüsurlar arasında ən çox rast gəlinənlər qasıq yırtıqları, daha sonra isə kriptorxizm və digər əlaqəli patologiyalardır. Bu tip qüsurların yaranma səbəbləri müxtəlifdir və konkret bir səbəb göstərmək çətindir. Genetik faktorlar, hormonal pozğunluqlar və hamiləlik dövründə təsir edən xarici amillər bu prosesdə rol oynaya bilər.
Əməliyyatdan sonrakı dövrə də toxunan professor qeyd edib ki, uşağın bərpa və nəzarət prosesi yetkinlik yaşına qədər davam etməlidir. Əməliyyatdan təxminən 2 ay sonra kontrol müayinəsi aparılır, zərurət olduqda konservativ müalicə təyin edilir və ehtiyac yaranarsa uşaq endokrinoloqa yönləndirilir.
Bu bölməyə aid digər xəbərlər
Ayağında geniş toxuma zədələnməsi yaranan pasiyentdə mürəkkəb rekonstruktiv əməliyyat uğurla icra olunub
16.06.2026 | 14:09
Tədris Cərrahiyyə Klinikasında növbəti uğurlu cərrahi əməliyyat
15.06.2026 | 14:45
Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib
14.06.2026 | 23:27
Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib
14.06.2026 | 23:22
Süni intellekt beyin şişlərini dəqiqələr ərzində diaqnoz etməyi öyrənib
14.06.2026 | 14:57
Alimlər xərçəngin böyüməsini ləngidən nanohissəciklər yaradıblar
14.06.2026 | 10:01
Tədris Cərrahiyyə Klinikasında ağır dərəcəli varikoz xəstəliyi lazer üsulu ilə müalicə olunub
13.06.2026 | 10:32
TƏBİB vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirlərə başlayıb
12.06.2026 | 16:43
Narkoloji xəstələri məhdudiyyət nəzərdə tutulmuş işlərə qəbul edən vəzifəli şəxslər cərimələnəcək
12.06.2026 | 16:30
Bu ilin beş ayında əlilliyi olan 57 min şəxsə reabilitasiya xidmətləri göstərilib
12.06.2026 | 13:42
ÇOX OXUNANLAR
AMEA-da akademik Vəli Axundovun 110 illiyi qeyd edilib
08.06.2026 | 15:45
Təcrübəli infeksionist Nəzakət Salmanova vəfat edib
11.06.2026 | 16:35
Mərkəzi Klinikaya xadimə vəzifəsinə işçilər tələb olunur
10.06.2026 | 17:09
İnkişaf, tərəqqi, sülh və təhlükəsizlik bəyannaməsi
10.06.2026 | 15:03
Şamaxı Rayon Mərkəzi Xəstəxanasının mütəxəssisləri tərəfindən loqoped xidməti təşkil olunub
08.06.2026 | 15:56
Sumqayıt Tibb Mərkəzinin direktoru vətəndaşları qəbul edib
11.06.2026 | 08:12
TƏBİB vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirlərə başlayıb
12.06.2026 | 16:43
Yeni Klinikanın Sterilizasiya bölməsinin müdiri “Həkim vaxtı” verilişinin qonağı olub
11.06.2026 | 10:43
Yer kürəsində 11–12 iyun tarixlərində maqnit qasırğaları gözlənilir
11.06.2026 | 09:42
AQTA sədrinin müavini İstanbulda beynəlxalq forumda iştirak edib
08.06.2026 | 11:11
Varikosel diaqnozu ilə müraciət edən pasiyent üzərində uğurlu cərrahi əməliyyat icra edilib - Tədris Cərrahiyyə Klinikası
08.06.2026 | 12:51
AQTİ əczaçı ixtisası üzrə namizədlərin işə qəbulunu elan edir
09.06.2026 | 16:40
Xaçmaz RMX-da maarifləndirici tədbir: “Travmatik şok və tibbi yardım”
07.06.2026 | 16:52
Şərur rayonunun Püsyan kəndində tibbi müayinə aksiyası: 43 nəfər müayinə olunub
10.06.2026 | 11:25
Şirvan ŞMX-da kəllə və üz sümüklərinin osteosintezi əməliyyatı uğurla icra olunub
10.06.2026 | 14:18

