ATU-nun Əczaçılıq toksikologiyası və kimya kafedrası əməkdaşlarının ixtirasına Avrasiya Patenti verilib
17.06.2026 08:34

 

Azərbaycan Tibb Universitetinin (ATU) Əczaçılıq toksikologiyası və kimya kafedrasının elmi-tədqiqat fəaliyyətində növbəti uğur əldə olunub. Kafedra əməkdaşları Eldar Qarayev, Adilə Vəliyeva, Sara Paşayeva və Nazilə Hüseynova tərəfindən hazırlanmış “Skopolaminin alınma üsulu” adlı ixtira Avrasiya Patent Təşkilatının ekspertizası tərəfindən müsbət qiymətləndirilib və ixtiraya Avrasiya Patenti verilib.

 

Aztibb.az-a ATU-dan verilən məlumata görə, təqdim olunmuş ixtira tropan alkaloidlər qrupuna aid olan və tibbdə geniş tətbiq edilən skopolamin maddəsinin respublikamızın florasında yayılmış Datura inoxia Mill. – Hind dəlibəngi bitkisinin yerüstü hissəsindən alınmasının yeni üsulunu əhatə edir. Skopolamin müxtəlif sahələrdə, o cümlədən spazmolitik, qusma və ürəkbulanma əleyhinə preparatların hazırlanmasında, həmçinin cərrahi müdaxilələrdən əvvəl tətbiq olunan dərman vasitələrinin tərkibində istifadə edilir. Bu baxımdan, maddənin əlverişli və səmərəli üsulla əldə olunması əczaçılıq sənayesi üçün mühüm əhəmiyyət daşıyır.

 

Patentləşdirilmiş texnologiya skopolaminin bitki xammalından ayrılması və təmizlənməsi prosesinin optimallaşdırılmasına yönəlib. Hazırlanmış üsul mövcud yanaşmalarla müqayisədə məqsədli maddənin daha yüksək çıxımını əldə etməyə, xammaldan istifadənin səmərəliliyini artırmağa imkan verir.

 

Avrasiya Patenti ixtiranın yenilik, sənaye tətbiqinə yararlılıq və ixtira səviyyəsi kimi beynəlxalq meyarlara cavab verdiyini təsdiqləyir. Bu patentin əldə olunması Azərbaycan Tibb Universitetində aparılan elmi araşdırmaların yüksək səviyyəsini, universitet alimlərinin innovativ potensialını və beynəlxalq elmi məkanla inteqrasiyasını bir daha nümayiş etdirir.

 

Qeyd edək ki, Avrasiya Patent Təşkilatı tərəfindən verilən patent sənədi ixtiranın təşkilata üzv olan bir sıra ölkələrdə hüquqi qorunmasını təmin edir və onun gələcəkdə elmi-tətbiqi və kommersiya perspektivlərini genişləndirir.

 

ATU alimlərinin bu nailiyyəti universitetin elmi nailiyyətlərinin beynəlxalq səviyyədə tanınması və ölkəmizdə innovativ tədqiqatların inkişafına mühüm töhfə verir.                       

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır