Xroniki böyrək çatışmazlığından əziyyət çəkən pasiyentdə mürəkkəb endokrin cərrahi əməliyyat uğurla icra olunub
26.06.2026 15:07
ATU-nun Tədris Cərrahiyyə Klinikasında xroniki böyrək çatışmazlığından əziyyət çəkən pasiyentdə mürəkkəb endokrin cərrahi əməliyyat uğurla icra olunub.
 
Bu barədə Aztibb.az-a Tədris Cərrahiyyə Klinikasından məlumat verilib.
 
Klinikanın endokrinoloq cərrahı, dosent Azər Hembətovun sözlərinə görə, pasiyent uzun müddətdir xroniki böyrək çatışmazlığı səbəbilə müalicə alır və hemodializ prosedurlarından keçir. Hemodializ fonunda pasiyentdə paratiroid adenoması inkişaf edib. Bu patologiya qanda parathormon (PTH) və kalsium səviyyələrinin yüksəlməsinə səbəb olub.
 
Hormonal pozğunluq nəticəsində pasiyentin sümük toxumasında ikincili patoloji dəyişikliklər yaranıb. Pasiyent əvvəlcə üz-çənə cərrahı tərəfindən müayinə olunub və sümük patologiyası ilə əlaqədar Tədris Cərrahiyyə Klinikasına yönləndirilib. Aparılan ətraflı müayinələr zamanı problemin əsas səbəbinin paratiroid adenoması olduğu müəyyən edilib.
 
Bundan sonra pasiyent əməliyyata götürülüb. Cərrahi müdaxilə endokrinoloq cərrah Azər Hembətov tərəfindən icra olunub. Əməliyyat zamanı sol aşağı paratiroid vəzi xaric edilib. Əməliyyatın radikallığını və çıxarılan toxumanın həqiqətən paratiroid toxuması olduğunu təsdiqləmək üçün intraoperativ parathormon monitorinqi aparılıb. Vəzin çıxarılmasından 15 dəqiqə sonra qanda parathormon səviyyəsinin ilkin göstərici ilə müqayisədə 50 faizdən çox azaldığı müşahidə olunub ki, bu da əməliyyatın uğurlu nəticəsini təsdiqləyib.
 
Təxminən 30 dəqiqə davam edən əməliyyat neyromonitorinq cihazı ilə icra olunub. Bu texnologiya əməliyyat zamanı sinirlərin qorunmasına və mümkün ağırlaşmaların minimuma endirilməsinə imkan yaradıb.
 
Qeyd edək ki, əməliyyatdan sonrakı dövrdə bu tip pasiyentlərdə hipokalsemiya (qanda kalsiumun azalması) inkişaf edə bilər. Bu səbəbdən pasiyentin kalsium göstəriciləri daimi nəzarətdə saxlanılacaq. Kalsiumun sürətlə enməsi fonunda əllərdə və ayaqlarda keyimə, qıcolma və digər simptomlar yarana biləcəyindən, profilaktik məqsədlə pasiyentə intravenoz kalsium dəstəyi göstəriləcək.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır