Zaqafqaziyada ilk: Akademik Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzində unikal kraniofasial əməliyyat icra olunub
25.06.2026 16:06

Səhiyyə Nazirliyinin Akademik Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzində Crouzon sindromundan əziyyət çəkən xəstə üzərində yüksək mürəkkəblik dərəcəsinə malik kraniofasial rekonstruktiv əməliyyat uğurla həyata keçirilib.

 

Bu barədə Aztibb.az-a Nazirlikdən xəbər verilib.

 

Əməliyyat Mərkəzin Plastik və Rekonstruktiv Cərrahiyyə şöbəsinin müdiri, tibb elmləri doktoru, plastik cərrah Elçin Məmmədov tərəfindən icra olunub. Cərrahi müdaxilə zamanı trepanasiya mərhələsini neyrocərrah Afər Allahverdiyev həyata keçirib.

 

Xəstəyə monoblok frontofasial osteotomiya prinsiplərinə uyğun kraniofasial osteotomiya əməliyyatı icra edilərək fronto-orbital kompleks və orta üz nahiyəsi birlikdə önə çəkilib. Əməliyyat çərçivəsində hər iki tərəfə 2 ədəd olmaqla ümumilikdə 4 distraktor yerləşdirilib.

 

Postoperativ 1 həftədən sonra distraksiya mərhələsinə başlanılıb və orta üz nahiyəsi ümumilikdə 8 mm önə çəkilib.

 

Crouzon sindromu əsasən FGFR2 gen mutasiyası nəticəsində yaranan, kəllə süturlarının erkən bağlanması ilə xarakterizə olunan anadangəlmə kraniofasial inkişaf pozğunluğudur. Bu patologiya zamanı orta üz hipoplaziyası, ekzoftalm, tənəffüs pozğunluğu, yuxu apnoesi, görmə problemləri və ciddi estetik-funksional deformasiya müşahidə olunur.

 

İcra edilən əməliyyat plastik və kraniofasial cərrahiyyənin ən mürəkkəb müdaxilələrindən biri hesab edilir və Zaqafqaziya regionunda ilk dəfə uğurla həyata keçirilib.

 

Mütəxəssislərin sözlərinə görə, bu tip əməliyyatlar yalnız multidissiplinar komanda, yüksək texnoloji imkanlar və xüsusi cərrahi təcrübə tələb edən ixtisaslaşmış mərkəzlərdə uğurla icra oluna bilər.

 

Akademik Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzində həyata keçirilən bu əməliyyat Azərbaycanda kraniofasial və rekonstruktiv cərrahiyyənin inkişafında mühüm mərhələ və ölkə səhiyyəsi üçün əlamətdar nailiyyət hesab olunur.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır