Səhiyyə Nazirliyi Tibb İşçilərinin Peşə Bayramı Gününü qeyd edib
17.06.2026 09:48

İyunun 17-si ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur. Ümummilli lider Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli Sərəncamı ilə təsis edilmiş bu əlamətdar gün münasibətilə Səhiyyə Nazirliyi tərəfindən silsilə tədbirlər təşkil edilib.

 

Bu barədə Aztibb.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, peşə bayramı münasibətilə səhiyyə naziri Teymur Musayev, nazirliyin struktur bölmələrinin və tabeli qurumlarının rəhbərləri Fəxri xiyabanı ziyarət ediblər. Ziyarət zamanı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad olunub, məzarı önünə gül dəstələri qoyulub.

 

Həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyeva, tanınmış dövlət və elm xadimi Əziz Əliyev, eləcə də elm xadimi Tamerlan Əliyevin məzarları ziyarət edilərək, onların xatirəsi ehtiramla anılıb.

 

Daha sonra Səhiyyə Nazirliyinin kollektivi Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə gül dəstələri qoyublar.

 

Anım tədbirləri çərçivəsində xalqımızın milli-mənəvi dəyərlərinə, dövlətçilik ənənələrinə və səhiyyə sahəsinin inkişafında mühüm xidmətləri olmuş şəxsiyyətlərin xatirəsinə dərin ehtiram ifadə olunub.

 
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır