ATU-nun Tədris Cərrahiyyə Klinikasında növbəti uğurlu əməliyyat
25.06.2026 12:01
ATU-nun Tədris Cərrahiyyə Klinikasında 52 yaşlı pasiyentdə endometrial hiperplaziya və uşaqlıq patologiyası ilə əlaqədar mürəkkəb laparoskopik cərrahi əməliyyat uğurla həyata keçirilib.
Klinikadan Aztibb.az-a verilən məlumata görə, əməliyyat II mamalıq-ginekologiya şöbəsinin müdiri, ginekoloq-cərrah Turab Canbaxışov tərəfindən icra olunub.
Məlumata görə, təxminən 100 kq çəkisi olan pasiyent son iki il ərzində fasiləsiz uşaqlıq qanaxmalarından əziyyət çəkib. Aparılan medikamentoz müalicələrə baxmayaraq, konservativ yanaşma effektiv nəticə vermədiyi üçün cərrahi müdaxilə zəruri hesab olunub.
Pasiyentdə laparoskopik total histerektomiya (uşaqlığın tam çıxarılması) və bilateral salpingo-ooforektomiya (hər iki yumurtalıq və uşaqlıq borularının çıxarılması) əməliyyatı icra edilib. Əməliyyat tam qapalı üsulla, minimal invaziv yanaşma əsasında aparılıb.
Turab Canbaxışovun sözlərinə görə, bu tip əməliyyatlar xüsusilə menopauza dövrünə yaxın və ya sonrasında, medikal müalicəyə cavab verməyən hallarda daha çox tətbiq olunur.
Həkim bildirib ki, mütəmadi ginekoloji nəzarətdə olan qadınlarda belə ağır cərrahi müdaxilələrə ehtiyac nisbətən az olur:“Qadınlar vaxtında müayinədən keçər və həkim nəzarətində olarlarsa, bu cür əməliyyatlarla daha nadir hallarda üzləşirlər. Lakin artıq çəki, qeyri-sağlam qidalanma, passiv həyat tərzi və həkim müayinələrindən uzaq qalmaq risk faktorlarını artırır”.
Əməliyyat zamanı qarın boşluğunda bağırsaq yapışmaları müşahidə olunub və onlar diqqətlə ayrılıb. Cərrahi müdaxilə zamanı bağırsaq zədələnməsi, sidik axarlarının (ureterlərin) və sidik kisəsinin zədələnməsi kimi potensial risklər nəzərə alınıb və əməliyyat bu ağırlaşmalar olmadan tamamlanıb.
Həkim əlavə edib ki, hər bir cərrahi müdaxilədə olduğu kimi burada da infeksiya, tromboz və tromboemboliya riski mövcuddur. Xüsusilə artıq çəki bu riskləri daha da artıran amillərdəndir və bu tip əməliyyatlar adətən 45 yaşdan yuxarı pasiyentlərdə daha çox icra olunur.
Bu bölməyə aid digər xəbərlər
Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib
21.10.2026 | 14:40
Patronaj xidməti ailələrə daha yaxın: 300-dən çox şəxs tibbi müayinələrə cəlb olunub
21.10.2026 | 14:34
Azərbaycanda uşaqlarda FMF üzrə ilk milli tədqiqat
20.10.2026 | 14:22
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
YAP-nın VIII Qurultayından irəli gələn vəzifələr və səhiyyə sahəsinin qarşısında duran hədəflər müzakirə olunub
20.10.2026 | 10:57
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
20.10.2026 | 09:05
20 oktyabr – Ümumdünya Osteoporozla Mübarizə Günüdür
20.10.2026 | 08:17
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub
19.10.2026 | 15:02
Baş Klinik Hospitalda mürəkkəb açıq ürək əməliyyatı uğurla icra olunub
19.10.2026 | 12:26
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

