“Sağlam gələcək” sosial layihəsinə start verilib
25.06.2026 15:43
Səhiyyə Nazirliyi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) birgə tərəfdaşlığı çərçivəsində “Sağlam gələcək” sosial layihəsinə start verilib.
 
Nazirlikdən Aztibb.az-a bildirilib ki, layihənin məqsədi qadınların reproduktiv sağlamlığının qorunmasına dəstək göstərmək, profilaktik müayinələrin əhəmiyyəti barədə məlumatlılığı artırmaq və sağlam həyat tərzini təşviq etməkdir.
 
Layihə çərçivəsində “Qadın sağlamlığı və reproduktiv rifah” mövzusunda ilk maarifləndirici tədbir keçirilib. Tədbirdə çıxış edən Səhiyyə Nazirliyinin şöbə müdiri Ramik Quliyev qadın sağlamlığının qorunmasının sağlam ailə institutunun möhkəmləndirilməsi, əhalinin rifahının yüksəldilməsi və cəmiyyətin davamlı inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
 
Tədbirdə “Süd vəzi sağlamlığı”, “Qadın sağlamlığının qorunması”, “Stresin reproduktiv sağlamlığa təsiri” və “Reproduktiv sağlamlıq” mövzularında maarifləndirici təqdimatlar keçirilib, iştirakçıların sualları cavablandırılıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır