Cəbrayıl rayonunun Şükürbəyli kəndində həkim məntəqəsi istifadəyə verilib  
25.06.2026 10:28
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində azad edilmiş ərazilərdə sosial infrastrukturun bərpası və əhalinin əsas xidmətlərlə təmin olunması istiqamətində tədbirlər ardıcıl şəkildə davam etdirilir.
 
TƏBİB-dən Aztibb.az-a bildirilib ki, bu tədbirlərin tərkib hissəsi olaraq Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının nəzdində Şükürbəyli kənd həkim məntəqəsi istifadəyə verilib.
Müəssisədə sakinlərə ilkin səhiyyə xidmətlərinin göstərilməsi üçün zəruri şərait yaradılıb. Əsaslı təmir və bərpa işlərindən sonra istifadəyə verilən həkim məntəqəsində 1 həkim, 2 tibb bacısı və 1 sanitar əməkdaş fəaliyyət göstərir.
 
Həkim məntəqəsinin xidmət əhatəsi təxminən 2500 nəfəri əhatə edir. Müəssisə əhalinin ilkin tibbi yardıma çıxış imkanlarının genişləndirilməsinə, profilaktik xidmətlərin gücləndirilməsinə və sağlamlığın qorunmasına xidmət edəcək.
 
Şükürbəyli kəndində həkim məntəqəsinin fəaliyyətə başlaması bölgədə yaşayış üçün zəruri sosial xidmətlərin formalaşdırılması istiqamətində görülən işlərin tərkib hissəsi olmaqla yanaşı, Böyük Qayıdış prosesində səhiyyə xidmətlərinin əlçatanlığının təmin edilməsinə mühüm töhfə verir.
 
Qeyd edək ki, həkim məntəqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Şükürbəyli kəndinə səfəri zamanı verilmiş tapşırıqların icrası çərçivəsində yaradılıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır