Pirallahı Tibb Mərkəzində Silahlı Qüvvələr Günü qeyd olunub  
26.06.2026 14:59
Pirallahı Tibb Mərkəzində 26 İyun – Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçirilib.
 
Bu barədə Aztibb.az-a Mərkəzdən xəbər verilib.
 
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
Tədbirin giriş nitqini Pirallahı Tibb Mərkəzinin direktoru Şöhrət Söyziyev açaraq iştirakçıları salamlayıb və 26 İyun – Silahlı Qüvvələr Gününün əhəmiyyətindən danışıb. O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Direktor çıxışı zamanı Azərbaycan Ordusunun keçdiyi inkişaf yolundan, əldə olunan uğurlardan, müasir və güclü ordunun formalaşdırılması istiqamətində görülən işlərdən geniş bəhs edib.
 
Daha sonra hərbi xidmətdə olmuş səhiyyə işçiləri çıxış edərək öz xidmət illəri ilə bağlı xatirələrini və fikirlərini iştirakçılarla bölüşüblər.
 
İlk çıxış edən Uşaq şöbəsinin müdiri Həmzə Vəliyev hərbi xidmət dövründə qazandığı təcrübələrdən danışaraq bildirib ki, hərbi xidmət hər bir vətəndaşın həyatında mühüm məktəb rolunu oynayır. O, xidmət illərində yaşadığı xatirələrdən bəhs edib, ordunun inkişafı və hərbi sahədə aparılan islahatlardan söz açıb.
 
Ardınca Yoluxucu xəstəliklər şöbəsinin müdiri Tofiq Gülmalıyev çıxış edərək öz hərbi xidmət dövrü ilə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb. O qeyd edib ki, hərbi xidmət insanın vətənpərvərlik ruhunun güclənməsində, məsuliyyət hissinin formalaşmasında və vətənə bağlılığın daha da möhkəmlənməsində mühüm rol oynayır.
 
Tədbirin sonunda Həmkarlar İttifaqı Komitəsinin sədri Füzuli Səfərov çıxış edərək Silahlı Qüvvələr Gününün əhəmiyyətindən danışıb, Azərbaycan Ordusunun hər zaman xalqımızın qürur mənbəyi olduğunu vurğulayıb. Daha sonra səhiyyə sahəsində çalışan bir qrup əməkdaş vaxtilə hərbi xidmətdə göstərdikləri xidmətə, həmçinin peşə fəaliyyətlərində öz vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə görə Fəxri Fərman, təşəkkürnamə və hədiyyələrlə təltif olunublar.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır