Kuşinq sindromu təkcə hormonlarla bağlı deyil
26.04.2026 12:17
Kușinq sindromu orqanizmdə kortizol hormonunun həddindən artıq artması ilə yaranan ciddi bir endokrin problemdir. Amma bu xəstəlik yalnız fiziki dəyişikliklərlə məhdudlaşmır. Araşdırmalar göstərir ki, bu xəstələrin təxminən yarısında depressiya da müşahidə olunur.
 
Aztibb.az xəbər verir ki, bu barədə həkim endokrinoloq Fərhad Burzu sosial şəbəkədə məlumat paylaşıb.
 
Fərhad Burzu bildirib ki, son tədqiqatlar maraqlı bir məqamı ortaya qoyur: depressiyanın əsas səbəbi hər zaman hormon səviyyəsinin yüksək olması deyil. Daha çox insanın öz bədənindən narazı qalması və davamlı ağrılar yaşaması psixoloji vəziyyətə ciddi təsir edir. Yəni xəstə özünü necə hiss edirsə və bədənini necə qəbul edirsə, bu faktorlar çox böyük rol oynayır.
 
Qeyd olunub ki, bəzi hallarda kortizol səviyyəsi ilə depressiyanın şiddəti arasında birbaşa əlaqə də tapılmır. Bu da göstərir ki, məsələ təkcə analiz nəticələri ilə bitmir.
Buna görə Kușinq sindromunun müalicəsində yalnız hormonları normallaşdırmaq kifayət deyil. Xəstəyə psixoloji dəstək vermək və ağrıları azaltmaq da ən az onun qədər vacibdir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır