Qocalma prosesini ləngitməyin yeni yolu araşdırılır
21.04.2026 10:07

Alimlər qocalmanı yavaşlatmağın yeni yolunu araşdırırlar.

 

Aztibb.az-ın məlumatına görə, “Nature Aging” jurnalında dərc olunan tədqiqata görə, kalori qəbulunun azaldılması immun sisteminə müsbət təsir göstərə və yaşlanma prosesini ləngidə bilər.

 

ABŞ Yel Universitetinin alimləri iki il davam edən araşdırmada müəyyən ediblər ki, insanlar gündəlik kalorini təxminən 11-14 faiz azaltdıqda, sağlamlıqlarına zərər vermədən immun müdafiələri güclənir. Maraqlıdır ki, iştirakçılar bu müddətdə ciddi məhrumiyyət hiss etməyiblər.

 

Tədqiqat zamanı alimlər 7 mindən çox zülalı analiz ediblər və “C3” adlı zülalın səviyyəsinin azaldığını aşkarlayıblar. Bu zülal bədəndə iltihabla əlaqəlidir və onun yüksək olması yaşlanma və müxtəlif xəstəliklərlə bağlı hesab olunur. Araşdırma göstərib ki, “C3” zülalının azalması sadəcə çəki itirmə ilə bağlı deyil, yəni kalori məhdudlaşdırılması bədənə çəki itkisindən asılı olmayan əlavə faydalar verir. Heyvanlar üzərində aparılan təcrübələr də bunu təsdiqləyib, “C3” səviyyəsi azaldıqda yaşla bağlı iltihab da azalır. Bu isə gələcəkdə qocalmanı ləngidən yeni dərmanların hazırlanmasına ümid yaradır.

Alimlərin əsas məqsədi immun sistemini zəiflətmədən, sadəcə tarazlığı qoruyaraq sağlam ömür müddətini uzatmaqdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır