Yaddaşı və diqqəti gücləndirməyin effektiv üsulu
29.07.2025 08:39

Müasir dünyada informasiya bolluğu adi hala çevrilib. Belə bir dövrdə vacib məlumatları yadda saxlamaq üçün diqqəti cəmləmək xüsusi qabiliyyət tələb edir. Harvard Tibb Məktəbi və İllinoys Universitetinin mütəxəssisləri yaddaşı və konsentrasiyanı yaxşılaşdırmaq üçün yeni metod təqdim ediblər.

 

Aztibb.az xəbər verir ki, araşdırmalara görə, müntəzəm aerobik fiziki fəaliyyət (məsələn, sürətli yerimə, qaçış, üzgüçülük və ya velosiped sürmə) beyin funksiyalarını gücləndirir. Məlum olub ki, hərəkət zamanı beyində yaddaş və diqqətə cavabdeh olan neyron əlaqələrin yaranmasına kömək edən zülallar ifraz olunur.

 

Həftədə üç dəfə, 30 dəqiqəlik məşq edən iştirakçılar, 8-12 həftə ərzində düşünmə sürəti, diqqət və yaddaş üzrə testlərdə daha yaxşı nəticələr göstəriblər. Fiziki fəaliyyət beyində qan dövranını yaxşılaşdırır. Bu da beyin hüceyrələrinin oksigen və vacib qidalarla təmin olunmasına yol açır. Üstəlik, idman stresi azaldır - bu isə yaddaşın əsas düşmənidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır