Xolesterolunuz çoxdursa, qırmızı düyü yeyin!
28.07.2025 16:37

Daha çox Çin mətbəxinə məxsus olan yeməklərdə istifadə edilən qırmızı maya düyü xolesterolun səviyyəsini azaldır. O, xlesterolu aşağı saldığı üçün statinləri əvəz edə bilər.

 

Aztibb.az-ın xəbərinə görə, qanda xolesterinin çoxluğu zamanla qan damarlarının tıxanmasına, sonda infarkt və insult kimi ciddi xəstəliklərə səbəb olur. Bununla belə, onun qarşısını almağın bir çox üsulu var. Yüksək xolesterolun səbəbi həddindən artıq yağlı yeməklərlə yanaşı, fiziki aktivliyin olmaması, siqaret çəkmək, spirtli içki qəbulu və genetikadan qaynaqlanır. Qırmızı maya düyünün tərkibində təbii statinlər çoxluq təşkil edir ki, onlardan biri də lovastatindir. Bu maddələr xolesterolu azaldan dərmanların tərkibindəki birləşmələrdir. Lovastatin qaraciyərdə xolesterin əmələ gətirən HMG-CoA adlı fermentin güclü inhibitorudur. Qanda iki növ xolesterol var: "yaxşı" və "pis" xolesterol.

"Pis" xolesterin olaraq bilinən aşağı sıxlıqlı lipoprotein qan damarlarının divarlarında yığılır ki, bu da zaman keçdikcə damarların daxili hissəsinin daralmasına səbəb olur. Müqayisə üçün, yüksək sıxlıqlı lipoprotein xolesterolu udaraq qaraciyərə qaytarır və onu aşağı salır. Daha sonra isə qaraciyər onu bədəndən çıxarır.

 

Məlumat üçün qeyd edək ki, qanda sağlam ümumi xolesterinin səviyyəsi təxminən litr başına 5 millimol (mmol/L) olur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır