Kimlər yemişdən imtina etməlidir?
28.07.2025 13:36

Özünəməxsus dadı və ətri ilə yay aylarının sevimli bostan meyvəsi olan yemiş bir çox faydalı xüsusiyyətləri ilə seçilir. Tərkibindəki bol lif sayəsində mədə-bağırsaq sisteminin dostu olan bu bitki gözlərə və beyin damarlarına olduqca xeyirlidir. Bol miqdarda beta karotinlə zəngin olduğu üçün xərçəngdən qoruyur, ürək-damar sisteminə müsbət təsir edir. Lakin bəzi insanlara yemiş yemək məsləhət görülmür.

 

Aztibb.az xəbər verir ki, yemiş yüksək səviyyədə şəkərə malik olduğu üçün qan şəkərini sürətlə artıra bilər. Onun tərkibindəki turşu və lif mədə turşuluğunu artıraraq qastrit, mədə xorası kimi həzm problemlərini qabardır. Bu cür narahatlıqları olan insanlar yemişi ölçülü şəkildə istehlak etməli və ya tamamilə ondan çəkinməlidirlər. Mütəxəssislərin sözlərinə görə, yemiş ağır qida hesab edilir. Bu meyvə kaliumla zəngin olduğundan böyrəklə bağlı xəstəkillərdən əziyyət çəkən insanlar üçün təhlükə yarada bilər. Onu əsasən qida qəbulları arası yemək tövsiyə olunur. Çünki yemişin tərkibində qlükoza hədindən artıq çox olduğu üçün acqarına yeyildikdə boş mədədə zərərli maddələr ifraz edir. Ona görə də yemişi nə acqarına yemək, nə də yeməklə qarışdırmaq olmaz. Xüsusilə, balla qarışdırmaq düzgün deyil, çünki yemişin tərkibində olan bir sıra maddələr bu qida ilə reaksiyaya girərək mədədə yapışqan kimi bərk kütlə əmələ gətirir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır