Peyvənd olunduqdan sonra hansı reaksiyalar baş verə bilər?
25.07.2025 12:02
Bəzi uşaqlarda peyvəndləmədən sonra yüngül qızdırma, narahatlıq və peyvəndin vurulduğu nahiyədə qızartı, şişkinlik və yüngül ağrı müşahidə oluna bilər. Belə reaksiyalar sizi narahat etməməlidir, çünki onlar normal hesab edilir və tez bir zamanda keçib gedir. Peyvənd vurulduqdan sonra ciddi yan təsirlər olduqca nadir hallarda baş verir. Əgər uşaqda sizi narahat edən hər hansı reaksiya olarsa, həkiminizə müraciət edin.
 
Aztibb.az xəbər verir ki, bu barədə TƏBİB-in feysbuk səhifəsində maarifləndirici məlumat paylaşılıb.
 
Qeyd olunub ki, peyvəndlər hər hansı dərman preparatı kimi bəzi yan təsirlərin yaranmasına səbəb ola bilər. Bu normal haldır və övladınız üçün təhlükəli deyil.
 
Peyvənd vurulduqdan sonra ən çox rast gəlinən yan təsirlərə inyeksiya yerində ağrı və ya yüngül qızdırma daxildir. Bu əlamətlər adətən bir neçə gün davam edir və sadə müalicə ilə keçir. Məsələn, əgər uşaq peyvənd vurulan qolunda narahatlıq hiss edirsə, inyeksiya yerinə təmiz, sərin və nəm dəsmal yerləşdirmək, eləcə də qolu ehtiyatla hərəkət etdirmək lazımdır.
 
Uşaqlarda qızdırma qalxarsa, ona bol maye vermək və yüngül geyindirmək lazımdır. Eyni zamanda nadir hallarda olsa belə ciddi reaksiyalar müşahidə oluna bilər ki, bu zaman mütləq həkim ilə əlaqə saxlamalısınız.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır