Hamiləlikdə antibiotiklər: Anadangəlmə qüsurlarla bağlı risklər
24.07.2025 12:10
Sidik yolu infeksiyaları (UTI) hamilə qadınlarda çox yayılmış problemlərdən biridir. Xüsusilə hamiləliyin ilk üç ayında bu infeksiyaların müalicəsi həm ana, həm də döl üçün diqqətlə aparılmalıdır.
 
Aztibb.az xəbər verir ki, bu barədə həkim endokrinoloq Fərhad Burzu sosial şəbəkədə məlumat paylaşıb.
 
Fərhad Burzu bildirib ki, son zamanlar aparılan bir araşdırma UTI-ni müalicə etmək üçün istifadə olunan bəzi antibiotiklərin dölün anadangəlmə qüsurları riski ilə bağlı olduğunu göstərib. Bu qüsurlar arasında ürək problemləri və dodaq-damaq yarığı daha çox qeyd olunub. Digər antibiotik qruplarından olan nitrofurantoin və fluocinolonlar ilə isə belə ciddi fərq müşahidə edilməyib.
 
Onun sözlərinə görə, ən təhlükəsiz hesab olunanlar isə beta-laktam antibiotikləridir. Bu dərmanlar həm də infeksiyanı effektiv müalicə edir: "Həkimlər bildirirlər ki, hamiləlikdə UTI müalicəsi qaçınılmazdır. Buna görə də, dərman seçimi zamanı ehtiyatlı olmaq, xüsusilə TMP-SMX kimi dərmanlardan istifadəni məhdudlaşdırmaq lazımdır. Unutmayaq ki, düzgün müalicə və vaxtında diqqət ilə hamiləlik sağlam və xoşbəxt körpələrlə nəticələnir".
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır