Yoxsulluq insanı tez qocaldırmış - TƏDQİQAT
27.07.2025 12:57

Elm adamları yoxsulluğun qocalmanı sürətləndirdiyini sübut ediblər.

 

Aztibb.az xəbər verir ki, bu barədə məlumat "Nature" jurnalında dərc edilən  elmi araşdırmada yer alıb.

 

Araşdırmalara görə, yoxsulluq kimi sosial bərabərsizliklər və siyasi problemlər qocalmanın sürətlənməsinə kömək edir. Bildirilir ki, həm sosial bərabərsizliklər, həm də demokratik təsisatların iflası qida çatışmazlığına və səhiyyə xidmətlərinin əlçatan  olmamasına gətirib çıxarır. Digər yaşlanma faktorları isə yüksək qan təzyiqi, eşitmə itkisi, ürək xəstəlikləri, piylənmə, spirt istehlakı, yuxu problemləri, diabet və görmə pozğunluğudur.

 

Hesablamalara görə, ən sürətli qocalma Misir və Cənubi Afrikada, ən ləng isə Avropada müşahidə olunur. Mütəxəssislər söyləyirlər ki, təhsil insanları sürətlə qocalmaqdan qoruyan ən mühüm amillərdən biridir. Maarifləndirici təhsil insanların özlərinə daha yaxşı qayğı göstərmələrinə və səhiyyə xidmətlərindən istifadə etmələrinə yol açır. Bundan əlavə, gündəlik fəaliyyətləri yerinə yetirmək bacarığı, güclü idrak qabiliyyətləri, yaxşı yaddaş, fiziki fəaliyyət də sürətlə qocalmadan qoruyur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır