Heyvanlar bitkilərin "qışqırıqlarını" eşidirlər
27.07.2025 14:54

Təl-Əviv Universitetinin mütəxəssisləri iddia edirlər ki, heyvanlar bitkilərin əlverişsiz şəraitə cavab olaraq çıxardığı səsləri eşidə bilirlər. Onlar müəyyən ediblər ki, dişi güvələr stres altında olan - məsələn, susuz qalan və bu zaman xarakterik səslər çıxaran pomidor kollarına yumurta qoymaqdan çəkinirlər.   

 

Aztibb.az-ın məlumatına görə, həşəratların məhz səslərə reaksiya verdiyinə əmin olmaq üçün alimlər vizual faktorlara nəzarət etməklə bir sıra laboratoriya təcrübələri aparıblar.

 

Professor Yosi Yovelin dediyi kimi, heyvanın bitkilərdən gələn səslərə reaksiyası qeydə alınmış ilk davranışıdır. Onun sözlərinə görə, əldə edilən məlumatlar ehtimal etməyə əsas verir ki, heyvanlar bu informasiya əsasında bitkini tozlandırmaq, onu yemək və ya sığınacaq kimi istifadə etməyə qərar verirlər. Növbəti mərhələdə komanda bitkilərin öz aralarında "danışa" bilib-bilmədiyini araşdırmağı planlaşdırır - məsələn, quraqlıq barədə xəbərdar etmək və rütubətə qənaət üçün mexanizmi işə salmaq. Xatırladaq ki, 2023-cü ildə tədqiqatçılar bitkilərin zədələndikdə və ya susuz qaldıqda səs çıxardığını aşkar etmişdilər. O zaman aydınlaşdırmışdılar ki, söhbət adi mənada başa düşülən hisslərdən deyil, xarici mühitin dəyişməsinə fiziki reaksiyadan gedir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır