Niyə gecələr saç daramaq olmaz?
27.07.2025 11:52

Yəqin ki, "gecə saç daramaq olmaz" inancı hər kəsə tanışdır. Ta qədimdən nənələrimiz bu  nəsihəti  bəzən qorxulu nağıllarla, bəzən də görünməyən varlıqlarla əlaqələndirirdilər. Bəs görəsən, bu inancın arxasında hansı səbəblər dayanır?

 

Aztibb.az xəbər verir ki, Azərbaycan da daxil olmaqla, bir çox Şərq xalqlarında gecə saç daramaqla bağlı müxtəlif fikirlər yayılıb. Nənələrin dilində bu cümlə tez-tez səslənib: "Gecə  əlinə daraq alma, şeytan saçına dolaşar". İnanclara görə, gecələr - xüsusilə gün batandan sonra - bəd ruhların aktivləşdiyi vaxt sayılır. Bu saatlarda aynaya baxan, saç darayan, dırnaq kəsən insanların ruhlar aləminə "dəvət" olunduğu düşünülür. Digər bir inanc isə belədir: "Saçını gecə darasan, ömrünü qısaldarsan".

 

Bu deyimlərlə insanların şüuraltına qorxu aşılanır, gecə vaxtı öz bədəninə toxunmaq, bəzənmək və ya fərdi baxım etmək qadağan edilir. Elm isə bu məsələyə daha rasional yanaşır. Trixoloqlar (saç və baş dərisi üzrə mütəxəssislər) bildirirlər ki, gecə saatlarında saçlar daha kövrək olur. Bu, gün ərzində saçların yüklənməsi, yorulması və dərinin nisbətən susuz qalması ilə əlaqədardır. Mütəxəssislərin fikrincə, axşam saatlarında saçın elastikliyi azalır. Saç dərisi gün ərzində toplanan yağ və tozla yüklənmiş olur. Bu zaman saçı daramaq onun daha çox qırılmasına, hətta köklərdən qopmasına səbəb olur. Üstəlik, yuxudan əvvəl saç daramaq beyinə stimul g

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır