Tibb tarixində inqilabi addım: Gələcəyin bədən xəritəsi hazırlandı  
27.07.2025 16:28
İngiltərədə həyata keçirilən nəhəng görüntüləmə layihəsinin nəticələri, ürək xəstəliklərindən tutmuş xərçəngə qədər geniş yayılmış sağlamlıq problemlərinin qarşısını almağı hədəfləyir. 
 
Aztibb.az-ın medimagazin.com.tr-yə istinadla məlumatına görə, alimlər dünyanın ən böyük insan görüntüləmə layihəsi çərçivəsində 100 min insanın beyni, ürəyi və digər orqanlarının skan olunması məqsədinə çatıb.
 
İngiltərədəki bu təşəbbüs, 11 illik iddialı bir tədqiqatın zirvə nöqtəsi kimi tarixə düşüb.
 
Belə ki, ingilis könüllülərlə çalışan UK Biobank adlı qurumun baş elmi əməkdaşı professor Naomi Allen bildirib:
 
“Tədqiqatçılar görüntüləmə məlumatlarını sahib olduğumuz digər məlumatlarla birləşdirərək xəstəlikləri erkən zamanda aşkarlamaq və müalicəni daha tez başlatmaq üçün istifadə etməyə başlayıblar.”
 
Toplanan məlumatlar ürək-damar xəstəlikləri, xərçəng və digər geniş yayılmış sağlamlıq problemlərinin qarşısını almaq üçün yeni yollar tapmaq məqsədilə dünyanın müxtəlif ölkələrindəki tədqiqatçılara aşağı xərclə təqdim olunur.
Nəhəng tibbi görüntüləmə layihəsi İngiltərənin dörd ayrı mərkəzində həftənin yeddi günü, gündə 13 saat fəaliyyət göstərir. Hər bir iştirakçıya 5 fərqli tipdə MRT, rentgen və ultrasəs aparatları ilə müayinə olunmaq üçün 5 saatlıq görüş vaxtı təyin olunur.
 
Toplanan məlumatlar anonimləşdirilir, yəni könüllülərin şəxsiyyəti gizli saxlanılır. Radioloqlar ciddi bir sağlamlıq problemi aşkarlamadığı təqdirdə, Steve kimi iştirakçılara fərdi nəticələr təqdim edilmir.
 
Layihə çərçivəsində könüllülərin soyadı, yaşadığı bölgə kimi şəxsi məlumatların paylaşılmasına icazə verilmir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır