Üç nəfərin DNT-si ilə doğulan körpələr genetik xəstəliklərdən xilas oldu  
26.07.2025 16:26

Böyük Britaniyada həkimlər genetik xəstəliklərin nəsildən-nəslə ötürülməsinin qarşısını almaq məqsədilə üç nəfərin DNT-sindən istifadə etməklə “in vitro” mayalanma yolu ilə embrionlar yaradıb.

 

Aztibb.az medimagazin.com.tr-yə istinadla xəbər verir ki, bu yeni texnologiya nəticəsində səkkiz sağlam körpə dünyaya gəlib. Onlardan dördü oğlan, dördü isə qızdır. Körpələr yeddi fərqli qadından doğulub və risk daşıdıqları genetik xəstəliklərin heç bir əlaməti onlarda müşahidə olunmayıb.

 

Proseduru keçən anaların mitoxondriyalarında genetik mutasiyalar olduğu üçün övladlarına ağır xəstəliklər ötürmək ehtimalı yüksək idi. Bu səbəbdən də mütəxəssislər yeni texnologiya ilə onların sağlam övlad dünyaya gətirməsini təmin ediblər.

 

Qeyd edək ki, mitoxondriya bədəndə enerji istehsal edən hüceyrələrdir və onların mutasiyası nevroloji pozuntular, əzələ zəifliyi və hətta erkən ölüm kimi ciddi xəstəliklərə səbəb ola bilər.

 

Dünya tibb ictimaiyyəti uzun müddətdir bu doğuşların nəticələrini gözləyirdi. Böyük Britaniya bu üsulu qanuniləşdirən ilk ölkə oldu. Məlumata görə, hazırda daha bir hamiləlik də davam edir və nəticələrin uğurlu olacağı gözlənilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır