Polidaktiliya nədir?
21.07.2025 15:00
Polidaktiliya – körpələrdə doğuş zamanı əlavə barmaq olması ilə xarakterizə olunan anadangəlmə bir qüsurdur. Ən çox əllərdə, bəzən də ayaqlarda müşahidə olunur. Barmaq tam formalaşmış sümük və oynaqdan ibarət ola bilər, yaxud sadəcə dəri çıxıntısı şəklində görünə bilər.
 
Bu barədə Aztibb.az-a Ə.D.Məlikov adına Binəqədi Tibb Mərkəzinin uşaq cərrahı Xəlil Aslanov məlumat verib.
 
Həkim polidaktiliyanın əksər hallarda genetik faktorlarla bağlı olduğunu bildirib. Bildirilib ki, bu qüsur bəzən müəyyən sindromların tərkib hissəsi ola bilər. Hamiləlik dövründə təsadüfi inkişaf qüsuru kimi də yarana bilər.
 
Polidaktiliyanın müalicəsindən bəhs edən Xəlil Aslanov qeyd edib ki, sadə dəri çıxıntıları adətən ilk aylarda kəsilir. Sümük və oynaq olan əlavə barmaqlar isə cərrahi yolla, adətən 6-12 ay arası çıxarılır.
 
Onun sözlərinə görə, məqsəd həm anatomik, həm də estetik baxımdan əl - ayağın normal görünüşünü təmin etməkdir.
 
"Polidaktiliya çox vaxt ciddi təhlükə yaratmasa da, erkən müdaxilə uşağın gələcək həyat keyfiyyəti üçün çox önəmlidir.
Uşağınızda bu cür əlavə barmaq varsa, mütləq uşaq cərrahına müraciət edin", - deyə həkim bildirib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır