Toxuma xərçənginin analizini yaxşılaşdıran alət hazırlanıb
21.07.2025 12:52

Oreqon Sağlamlıq və Elm Universitetinin (OHSU) tədqiqatçıları insan toxumasında hüceyrə tiplərinin öyrənilməsini asanlaşdıran, xərçəng araşdırmalarında inqilabi rol oynaya biləcək yeni bir alət “OmicsTweezer” hazırlayıblar.

 

Aztibb.az medicalxpress.com-a istinadla xəbər verir ki, yeni alət biopsiya yolu ilə əldə olunan toxuma nümunələrindəki hüceyrə tərkibini dəqiqliklə analiz etməyə imkan verir. “OmicsTweezer” bu məqsədlə böyükhəcmli bioloji məlumatları təhlil etmək üçün süni intellektin bir qolu olan dərin öyrənmə (deep learning) və optimal daşıma (optimal transport) kimi qabaqcıl maşın tədqiqatı metodlarından istifadə edir.

 

Tədqiqatın nəticələri “Cell Genomics” jurnalında dərc olunub. Layihənin baş müəllifi, OHSU-nun dosenti Zenq Sia qeyd edir: “Şiş mikromühiti, yəni şişin ətrafında olan hüceyrə mühiti şişin inkişafı və xəstəlik nəticələrinin formalaşmasında mühüm rol oynayır. Məqsədimiz toplu məlumatlardan istifadə etməklə bu mikromühitin hüceyrə tərkibini daha dəqiq aşkara çıxarmaqdır”.

 

Ənənəvi yanaşmalarda alimlər təkhüceyrəli texnologiyalarla əldə olunan məlumatları daha sadə xətti modellərlə təhlil etməyə çalışırlar. Lakin bu zaman “paket effekti” adlanan uyğunsuzluq müşahidə olunur, yəni tək hüceyrədən və bütöv toxumadan alınan məlumatlar uyğun gəlmir, bu da nəticələrin etibarlılığına mənfi təsir göstərir. “OmicsTweezer” isə tək hüceyrə səviyyəsində əldə olunan nümunələri bütöv toxuma nümunələrindən əldə edilən daha mürəkkəb məlumatlarla uyğunlaşdırır. Bu uyğunlaşdırma, hər iki məlumat növünü eyni rəqəmsal məkanda birləşdirməklə baş verir. Beləliklə, məlumat toplama üsullarından qaynaqlanan fərqlər azaldılır və daha etibarlı nəticələr əldə olunur.

 

Yeni alət həm simulyasiya edilmiş verilənlərdə, həm də prostat və bağırsaq xərçəngi olan xəstələrdən götürülmüş real toxuma nümunələrində sınaqdan keçirilib. Alət vasitəsilə hüceyrə alt tipləri və xəstələr arasında fərqlənən hüceyrə populyasiyalarının dəyişiklikləri uğurla müəyyən edilib. Bu isə gələcəkdə potensial terapevtik hədəflərin müəyyənləşdirilməsində tədqiqatçılara kömək edə bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır