Demensiyanın müalicəsində musiqi terapiyası ümid yaradır  
26.07.2025 10:31

ABŞ-ın Anglia Ruskin Universitetinin (ARU) pilot tədqiqatı çərçivəsində demensiya xəstələrinin müalicəsində musiqi terapiyasından istifadə ümidverici nəticələr əldə olunub. “MELODIC” (Musical Engagement for the Loneliness and Distress in Dementia Care) adlı yanaşma canlı musiqi terapiyasını dərmanlara alternativ olaraq təklif edir və xəstələrin sıxıntısını azaltmaq məqsədi daşıyır.

 

Aztibb.az xarici mətbuata istinadla xəbər verir ki, tədqiqat psixotrop dərmanlardan asılılığı azaltmaq məqsədilə iki palatada həyata keçirilib. “MELODIC” müdaxiləsi metodunu xəstələrin və ailələrin rəyləri əsasında klinik ordinatorlar və musiqi terapevtləri birgə hazırlayıblar. Məqsəd xəstələrin rifahını artırmaq və onların gündəlik davranışlarındakı pozuntuları minimuma endirməkdir. Pilot tədqiqat çərçivəsində musiqi terapiyası seanslarına mahnı oxuma, musiqi alətlərində ifa və dinləmə daxil edilib.

 

İlkin nəticələr göstərib ki, musiqi terapiyası tətbiq olunan xəstələrdə həyat keyfiyyətində artım, narahatlıq əlamətlərində azalma müşahidə olunub. Ümumilikdə davranış pozuntularında azalma və xəstəxana insidentlərinin sayında sabitlik qorunub saxlanılıb. Ən əsası isə heç bir mənfi hadisə qeydə alınmayıb.

 

ARU-nun Kembric Musiqi Terapiyası Tədqiqatları İnstitutunun tədqiqatçısı Naomi Tompson qeyd edir: “Stasionar psixi sağlamlıq palatalarında demensiya xəstələri tez-tez yüksək səviyyədə narahatlıq yaşayır və işçilər bu vəziyyəti təhlükəsiz və mərhəmətli şəkildə idarə etməkdə çətinlik çəkirlər. “MELODIC” aləti bu mürəkkəb şəraitdə effektiv istifadə oluna bilər və psixotrop dərmanlara alternativ təqdim edir”.

 

“MELODIC” modelinin formalaşmasında 49 tibb işçisi, xəstələr və onların ailələri ilə aparılmış müsahibələr əsas rol oynayıb. Müdaxilənin həyata keçirilməsi üçün ayda bir dəfə musiqi terapevti cəlb olunur.

 

Psixiatr Ben Undervud əlavə edir: “Bəzən demensiya xəstələrinin narahatlıq səviyyəsi o qədər yüksələ bilir ki, onların xəstəxanaya yerləşdirilməsi qaçılmaz olur. Bu, həm xəstələr, həm ailələr, həm də tibb işçiləri üçün çətinlik yaradır. “MELODIC” müdaxiləsi bu təzyiqləri azaltmaqda və qayğının keyfiyyətini artırmaqda mühüm rol oynaya bilər”.

Tədqiqatın nəticələri “Frontiers in Psychiatry” jurnalında dərc olunub.

ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günüdür   
Mərkəzi Klinika vakansiya elan edir
Azərbaycan tibbində növbəti uğur: Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya bölməsi beynəlxalq akkreditasiya alıb
 Birinci Moskva Dövlət Tibb Universitetinin tələbələri narkomaniya ilə mübarizəyə dair maarifləndiriliblər   
ATU-nun Əczaçılıq toksikologiyası və kimya kafedrası əməkdaşlarının ixtirasına Avrasiya Patenti verilib
Ayağında geniş toxuma zədələnməsi yaranan pasiyentdə mürəkkəb rekonstruktiv əməliyyat uğurla icra olunub
Ölkəmizdə ilk dəfə tətbiq edilən texnologiyaya həsr olunuş elmi simpozium keçirildi - MR-Fusion Prostat Biopsiyası
 Sabunçu Tibb Mərkəzində Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib   
 TƏBİB kollektivi Fəxri xiyabanı ziyarət edib   
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
Səhiyyə Nazirliyi Tibb İşçilərinin Peşə Bayramı Gününü qeyd edib
 Pirallahı Tibb Mərkəzində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib   
Nizami Tibb Mərkəzi onlayn növbə sistemi aktivləşdirilən 4-cü müəssisə oldu