Yaponiyalı tədqiqatçılardan arıqlamaq üçün yeni üsul
20.07.2025 15:40

Yapon tədqiqatçılarının yeni tədqiqatı piylənmə və diabetin müalicəsinə yanaşmanı kökündən dəyişə bilər.

 

Aztibb.az-ın www.eurekalert.org-a istinadla xəbərinə görə, Osaka Universitetinin alimləri arıqlamaq üçün məşhur dərmanların müntəzəm inyeksiyası əvəzinə birdəfəlik genetik müdaxilə təklif ediblər, bundan sonra orqanizm özü lazımi maddəni istehsal etməyə başlayır.

 

Tədqiqatın nəticələri "Communications Medicine" jurnalında dərc olunub.

 

Tədqiqatçılar xəstəliyə səbəb olan mutasiyaları düzəltmək əvəzinə (gen terapiyası adətən olduğu kimi) siçanların qaraciyər hüceyrələrinə iştahı azaldan və maddələr mübadiləsini yaxşılaşdıran GLP-1 hormonunun analoqu olan eksenatidi kodlayan yeni gen yerləşdiriblər. 

Müalicə olunan siçanlarda qanda ekzenatidin səviyyəsi uzun müddət sabit qalıb və heyvanlar özləri daha az yeyib, daha yavaş çəki alıb və qlükozanı daha yaxşı mənimsəyiblər. Heç bir yan təsir qeydə alınmayıb.

 

Beləliklə, yeni yanaşma gen terapiyası və bioloji dərmanların faydalarını birləşdirib.

 

Tədqiqat rəhbəri Keyiçiro Sudzuki bildirib ki, orqanizmə gen daxil etmək mümkündür və hüceyrələr özləri bir neçə ay ərzində daimi inyeksiyalara ehtiyac olmadan lazımi dərmanı istehsal etməyə başlayacaqlar.

 

Müəlliflər qeyd ediblər ki, bu üsul təkcə piylənmənin deyil, həm də spesifik genetik mutasiyalarla əlaqəli olmayan digər xroniki xəstəliklərin, məsələn, 2-ci tip diabet və iltihablı xəstəliklərin müalicəsi üçün uyğun ola bilər.

 

Metodun effektivliyi sonrakı tədqiqatlarda təsdiq olunarsa, bu, xəstələrin həyat keyfiyyətini yaxşılaşdıracaq və müntəzəm inyeksiya ehtiyacını aradan qaldıracaq yeni dərmanların hazırlanması üçün əsas ola bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır