Ətir həvəskarları, bunu mütləq oxuyun!
05.07.2025 13:06

Dünya alimləri ətirlərdən çox istifadə edənlər və ya tez-tez bu qoxulara məruz qalan insanların sağlamlıqlarının təhlükədə olduğunu bildiriblər. Mütəxəssislər söyləyirlər ki, parfümlərin tərkibindəki bəzi kimyəvi maddələr həm sinir, həm də tənəffüs sisteminə ciddi  zərər verə bilər.

 

Aztibb.az xəbər verir ki, Harvard Tibb Məktəbinin apardığı araşdırmalara əsasən, sintetik ətirlərdəki uçucu birləşmələr beynin funksiyalarını zəiflədir, yaddaş problemləri və konsentrasiya çətinliklərinə səbəb olur. Bu maddələr eyni zamanda xroniki yorğunluq və baş ağrılarına yol açır. Parfüm qoxuları  eyni zamanda bronxial qıcıqlanma, astma tutmaları problemlərinə gətirib çıxara bilər. Bundan əlavə, mütəxəssislər bəzi ətirlərdə istifadə olunan ftalat və sintetik müşk kimi maddələrin insanın hormonal balansını poza biləcəyini qeyd ediblər. Bu isə reproduktiv sağlamlığa mənfi təsir göstərir. Onlar bildiriblər ki, xüsusilə uşaqlar və körpələr üçün bu risk daha yüksəkdir. Belə ki, güclü qoxulu ətirlər uşaqlarda yuxusuzluq, narahatlıq və hətta nəfəs tutmaları kimi hallar törədə bilər. Alimlər insanları bu maddələrə qarşı daha diqqətli olmağa, ətir istifadəsində təbii və dermatoloji cəhətdən test edilmiş məhsullara üstünlük verməyə çağırırlar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır