Atla müalicə psixo-emosional problemləri olan uşaqlara əhəmiyyətli dərəcədə kömək edə bilər
05.07.2025 10:10

Avstraliyalı tədqiqatçılar müəyyən ediblər ki, atla müalicə psixo-emosional problemləri olan uşaqlara əhəmiyyətli dərəcədə kömək edə bilər.

 

Aztibb.az www.eurekalert.org-a istinadla xəbər verir ki, araşdırma “Journal of Social Work Practice” (JSWP) jurnalında dərc olunub.

 

Atlarla təmas xüsusən də travma keçirmiş uşaqlarda inam yaradır və onları sakitləşdirir.

 

Ekvinoterpiya (equine-assisted intervention, EAI) adlanan metod təcrübəli təlimçilər ilə tandemdə ixtisaslı mütəxəssislər tərəfindən aparılır. Yeni araşdırmada uşaqlarla işlərində bu texnikadan istifadə edən 10 sosial işçi və psixoloq iştirak edib.

 

Tədqiqatın müəllifi Morgin Steysinin sözlərinə görə, bir çox uşaq ənənəvi terapevtə müraciət etdikdə özlərini narahat hiss edirlər. Ancaq təbii şəraitdə atın ətrafında olduqdan sonra hər şey dəyişir: “Onlar özlərini təhlükəsiz, rahat və dialoqa hazır hiss etməyə başlayırlar”.

 

Atlar çox həssas heyvanlardır, insan duyğularının “ayna”sıdır. Bu, uşağa öz vəziyyətini kənardan görməyə imkan verir. Mütəxəssislərdən biri bunu “at gözü ilə görünmək” hissi kimi təsvir edib - terapiya prosesində dönüş nöqtəsi ola biləcək bir an.

 

Sessiyalar tez-tez açıq havada, ağaclar və təbiət arasında keçirilir. Sensor təcrübələrdən istifadə olunur: ayaqyalın gəzmək, heyvan izlərini seyr etmək, atın yanında sakit dayanmaq. Bütün bunlar şüurun inkişafına, narahatlığı azaltmağa və emosional sabitliyin qurulmasına kömək edir.

 

Layihənin baş elmi işçisi Fatin Şabbarın sözlərinə görə, metod xüsusilə qəyyumluq sistemindən olan uşaqlar və travma keçirənlər üçün effektivdir.

 

Tədqiqatçılar heyvan yardımlı terapiyanın etibarlı bir təcrübə kimi tanınmasına, etik standartların yaradılmasına və ehtiyacı olan daha çox uşağa təqdim edilməsinə çağırıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır