“Ozempiki” əvəz edə biləcək yeni piylənmə əleyhinə dərman hazırlanıb  
05.07.2025 14:44

“Ozempik”in daha təsirli analoquna çevrilə bilən MariTide adlı dərman hazırlanıb.

 

Aztibb.az-ın www.sciencealert.com-a istinadla məlumatına görə, testin nəticələri "New England Journal of Medicine" jurnalında dərc olunub.

 

Klinik sınaq nəticələrinə görə, MariTide-ni qəbul edən xəstələr bir il ərzində bədən çəkisinin 16,2 faizini itirib. 

 

Sınaqın ikinci mərhələsində bədən kütləsi indeksi 30-dan yuxarı olan, bəzilərinə 2-ci tip şəkərli diabet diaqnozu qoyulmuş 592 nəfər iştirak edib.

 

MariTide, iştahı azaldan toxluq hormonu GLP-1-i təqlid edir. Dərmanın üstünlüyü ondadır ki, ayda yalnız bir inyeksiya kifayətdir.

 

Klinik sınaqların üçüncü mərhələsi 72 həftə davam edəcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır