İnsanlar istidə daha qəzəbli olurlar
05.07.2025 14:34

Polşanın Poznan Universitetinin tədqiqatçıları isti havalarda insanların emosional olaraq həddindən artıq aqressivləşdiklərini müəyyən ediblər.

 

Aztibb.az xəbər verir ki, bu kəşf uzun illər alimlərin diqqətini cəlb edən psixoloji məqamlara işıq sala bilər.

 

Araşdırmanın nəticələri göstərib ki, bu, temperatur yüksəldikcə, qanda stress hormonu - kortizolun artımı ilə bağlıdır. Qışda orqanizmdə kortizol səviyyəsi yaydan xeyli aşağı olur. Məhz istiliyin təsiri altında stres hormonu yığılmağa başlayır ki, bu da insan davranışına mənfi təsir göstərir. Bu kimyəvi maddə şəkər, duz və mayelərin bədənimizin bütün sistemlərindən keçməsini tənzimləmək üçün lazımdır. "Bizim araşdırmamız yayın insan psixikasına mülayim, qışın isə daha şiddətli təsiri ilə bağlı ənənəvi konsepsiyaya tamamilə ziddir", - deyə alimlərdən biri qeyd edib.

 

Çoxsaylı nəzəriyyələrə görə, havanın temperaturunun qalxması həmçinin ürək döyüntüsü, testosteron səviyyəsinin artması və simpatik sinir sisteminə təsir edən digər metabolik reaksiyalara səbəb olur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır