Mərkəzi Gömrük Hospitalında skoliozun müasir üsullarla müalicəsi aparılır
30.06.2025 10:53

Skoliozun erkən diaqnostikası çox vacibdir. Xəstəlik uşaqlarda sürətlə və gizlin inkişaf etdiyinə görə onun erkən müayinə olunması daha yaxşıdır. Bu, xəstəliyi effektiv nəzarətdə saxlamağa və əməliyyatsız müalicə etməyə imkan yaradır. Nəzərə almaq lazımdır ki, idiopatik skolioz erkən mərhələlərdə deformasiyadan başqa heç bir əlamətlə özünü büruzə vermir. Skoliozun yuxarı dərəcələrində və ciddi əzələ disbalanslarında ağrılar əmələ gələ bilər. Ona görə uşaqda onurğa ağrıları yaranan kimi mütləq fizioterapevt müayinəsinə aparılmalıdır.

 

Bu barədə Aztibb.az-a Mərkəzi Gömrük Hospitalının Fizioterapiya şöbəsinin rəisi, fizioterapevt-reabilitoloq Səidə Kərimova məlumat verib.

 

Həkim bildirib ki, skoliozun müayinəsi fizikal vizual baxışdan başlayır. Müayinə zamanı bəzi nahiyələrə xüsusi diqqət yetirmək lazımdır. Bu, valideynlər üçün faydalı məlumatlardır. Beləliklə, pasiyentdə kürək və bel nahiyəsinin sağ və sol tərəfini simmetrik olub-olmaması qiymətləndirilir. Həmin nahiyədə bir sıra məqamlara: çiyinlərin səviyyəsinə və qabarmasına, bel xəttinin və çanağın simmetrik olmasına diqqət yetirilir. Müayinə zamanı həmin yerlərdə asimmetriyanın aşkar edilməsi skoliozun əlaməti ola bilər.

 

Səidə Kərimovanın sözlərinə görə, sadə bir test olan Adams testi də aparıla bilər. Pasiyent qabağa əyilir və pasiyentin kürək və ya bel nahiyəsində qabarmanın olub-olmamasına diqqət yetirilir. Qabarmalar onurğada fəqərələrin rotasiyası hesabına əmələ gəlir. Fəqərələr öz oxu ətrafında fırlanır. Bunun baş verməsinin səbəbi hələ də tam aydın bilinmir:

 

"Vizual müayinədən sonra pasiyent rentgenə göndərilir. Rentgen skoliozun dərəcəsini həkimə göstərir. Eyni zamanda, rentgendə sümüklərin bağlanma zonaları qiymətləndirilir".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır