Zəngli saatdan əvvəl oyanırsınızsa...
26.06.2025 08:27

Bəzi insanlarda zəngli saatdan əvvəl oyanmaq vərdişi var. Bu vərdiş zərərsiz görünsə də, bəzi hallarda hormonal pozğunluqlara işarə edir.

 

Aztibb.az xəbər verir ki, mütəxəssislərin fikrincə, əgər insan mütəmadi olaraq vaxtından xeyli əvvəl oyanır və yenidən yata bilmirsə, üstəlik bu vəziyyət qıcıqlanma, yorğunluq, ürək döyüntüsünün artması, narahatlıq, dəri quruluğu, dırnaq və saçların kövrəkliyi, həmçinin çəki itkisi, bədəndə titrəmə ilə müşayiət olunursa, sadalanan simptomlar qalxanvari vəzin həddindən artıq hormon istehsal etməsinin əlamətləridir. Lakin elə insanlar var ki, onların orqanizmi normal qrafikdən daha erkən təbii oyanmağa köklənib. Əgər erkən oyanmalar narahatlıqla müşayiət olunmursa, insan gün ərzində özünü gümrah hiss edirsə, səhər yeməyindən əvvəl yüngül aclıq varsa, enerji tez bərpa edilirsə və yeni gün rejiminə asanlıqla uyğunlaşırsa, narahatlığa ehtiyac yoxdur. Lakin yuxu fasiləli olub gücü bərpa etmirsə, bu, sağlamlıq problemlərinə bağlıdır. Yuxu rejiminin pozulması həyat keyfiyyətinə ciddi təsir göstərir ki, bu da diqqəti və immuniteti zəiflədir, həmçinin stres səviyyəsini artırır. Odur ki, qalxanvari vəzdən şübhələndikdə endokrinoloqa müraciət etmək məsləhət görülür.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır