Burun çəpər əyriliyinin səbəb olduğu burun tutulması 30 yaşdan sonra daha çox büruzə verir
10.06.2025 12:20
Burun çəpər əyriliyi anadangəlmə və ya travmalar (yıxılma və ya hər hansı bir zədələnmə) nəticəsində yarana bilər.
Daşkəsən Rayon Mərkəzi Xəstəxanasının həkim-otorinolarinqoloqu Tamerlan Bədəlov Aztibb.az-a bildirib ki, çəpər əyriliyi dərəcəsindən asılı olaraq, müxtəlif yaşlarda hiss oluna bilər. Lakin, əsasən, yetkinlik dövründə burunun şəklində fərqliliklər yarana bilir, çünki böyümə dövründə sümük və qığırdaq hissələri eyni inkişaf etməyə bilər:
“Bəzən isə çəpər əyriliyinin səbəb olduğu burun tutulması və narahatlıq hissi 30 yaşdan sonra daha çox büruzə verə bilir. Burun tunelində tıxanma səbəbilə nəfəsalmada çətinliklə yanaşı, tez-tez burunda qanaxmalar, başağrısı, burun axıntısı və tənəffüs yolu infeksiyası da çəpər əyriliyinin simptomları sırasındadır.
Otorinolarinqoloq Tamerlan Bədəlovun sözlərinə görə, insanda sümük və qığırdaq toxumasının inkişafı 17-18 yaşa qədər davam etdiyi üçün əməliyyatın da məhz bu yaşdan sonra edilməsi məqsədəuyğun hesab edilir. Lakin mütləq deyil ki, 18 yaşında əməliyyat olunmalıdır. Əgər çəpər əyriliyi ilə bağlı ciddi problem varsa, daha erkən yaşda da, məsələn, 10-15 yaşlarında da cərrahi üsula müraciət edilə bilər. Hər hansı bir əks-göstəriş və ya xəstəlik yoxdursa, cərrahi əməliyyat üçün yuxarı yaş həddi yoxdur.
Mütəxəssis vurğulayıb ki, burunda çəpər əyriliyi bir sıra fəsadlara səbəb ola bilir. Məsələn, yatan zaman xoruldama, qulaqda maye yığılması meydana gələ bilər, həmçinin insanda burun tıxanıqlığı olduğundan o, davamlı olaraq ağızdan nəfəs almağa başlayır. Bu da öz növbəsində faringitə səbəb ola bilər. Bütün bu hallar isə sonradan müxtəlif ağırlaşmalara səbəb ola bilər.
Bu bölməyə aid digər xəbərlər
Təzyiqinizi düzgün ölçürsünüzmü?
22.10.2026 | 15:18
Siqaretdə gizli təhlükə - 10 qutudan 9-da mikroplastik aşkarlanıb
22.10.2026 | 11:41
PROX1 zülalının bloklanması görmə qabiliyyətinin bərpasına ümid yaradır
22.10.2026 | 08:46
Gen terapiyası ümumi xəstəliklərin müalicəsində yeni mərhələ aça bilər
21.10.2026 | 15:54
Süni intellekt fotodan xərçəng xəstələrinin ömür müddətini təxmin edir
21.10.2026 | 11:34
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda 24/7 fasiləsiz tibbi xidmət
21.10.2026 | 09:50
Təbiətə virtual tamaşa etməyin beyinə gözlənilməz təsiri araşdırılıb
21.10.2026 | 08:55
Dünya şəhərlərində minlərlə naməlum virus gizlənir
21.10.2026 | 07:51
Yeməkdən sonra 15–20 dəqiqəlik yüngül gəzinti sağlamlığınıza müsbət təsir göstərə bilər
20.10.2026 | 16:42
Əməliyyatda xəstənin bədənində tənzif unuduldu - 2 həkimə məhkəmə iddiası qaldırıldı
20.10.2026 | 13:48
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

