Yuxusuzluq yeniyetmələrin beyninə və davranışına necə təsir edir? - TƏDQİQAT
14.06.2025 09:13

Yeniyetmələrdə yuxu keyfiyyəti və müddətinin beyin fəaliyyətinə və gələcək davranış problemlərinə təsiri Corciya Universitetində aparılan yeni bir araşdırmada müəyyənləşdirilib.

 

Aztibb.az “MedicalXpress” portalına istinadla xəbər verir ki, “Brain and Behavior” jurnalında dərc olunan tədqiqat yuxu çatışmazlığının gənclərdə qərar qəbuletmə, özünü dərketmə və məlumat emalı kimi funksiyalarda iştirak edən beyin bölgələri arasında neyron əlaqənin zəifləməsi ilə bağlı olduğunu ortaya qoyub. Sözügedən neyron əlaqələrdəki pozulmalar isə depressiya, diqqət çatışmazlığı və hiperaktivlik pozuntusu (DEHB), eləcə də şizofreniya kimi psixi pozuntularla əlaqələndirilir.

 

UGA Ailə və İstehlak Elmləri Kollecinin professoru və tədqiqatın müəllifi Assaf Oshri qeyd edir: “Yuxu uşaqların psixi sağlamlığını qorumağa və emosional özünü tənzimləməyə kömək edir”. O bildirir ki, yuxu müddəti və səmərəliliyi ilə beyin şəbəkəsi bağlantısının nümunələri arasında əhəmiyyətli korrelyasiya müşahidə olunub və bu amillər davranış problemlərinin proqnozlaşdırılmasında əhəmiyyət daşıyır.

 

Tədqiqat ABŞ-da həyata keçirilən, uşaq beyin inkişafı və sağlamlığı üzrə ən genişmiqyaslı, uzunmüddətli layihə olan Adolesan Beyin və Koqnitiv İnkişaf Araşdırması çərçivəsində əldə edilən məlumatlara əsaslanır. Ümumilikdə 2800-dən çox yeniyetmənin yuxu vərdişləri iki həftə ərzində Fitbit cihazları vasitəsilə obyektiv şəkildə izlənilib və bu məlumatlar MRT görüntüləmələri ilə müqayisə olunub. Valideynlərin verdiyi məlumatlar əsasında ikinci və üçüncü illərdə yeniyetmələrin davranış profilləri də təhlil edilib.

 

Tədqiqatın nəticələrinə görə, daha az beyin əlaqəsi nümayiş etdirən uşaqlar arasında impuls nəzarətində zəiflik, aqressivlik və davranış pozuntuları daha çox müşahidə olunub. Oğlanlar, yaşca daha böyük uşaqlar və etnik azlıqlardan olan yeniyetmələrdə yuxu müddətinin daha qısa olması və davranış problemlərinin daha sıx qeydə alınması bu qrupların daha yüksək risk altında olduğunu göstərir.

 

Tədqiqatın aparıcı müəlliflərindən biri olan Linhao Zhang bildirir: “Yeniyetməlik beynin inkişafı üçün son dərəcə kritik bir dövrdür. Keyfiyyətli yuxunun olmaması emosiyaların tənzimlənməsini və impulsların idarə olunmasını çətinləşdirə bilər”. L.Zhang əlavə edir ki, yuxunun təkcə müddəti deyil, keyfiyyəti də əsas əhəmiyyət kəsb edir: “Söhbət yalnız nə qədər yatmaqdan getmir. Əsas məsələ nə qədər yaxşı yatdığınızdır, yuxuya getmək nə qədər vaxt aldı, gecə neçə dəfə oyandınız?”…

 

Bu araşdırma yeniyetmələrdə yuxu keyfiyyətinin artırılmasına istiqamətlənmiş müdaxilələrin yalnız yuxu tənzimlənməsi ilə deyil, həm də uzunmüddətli psixi və davranış sağlamlığını qoruma baxımından əhəmiyyətlidir.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır