Qandan nadir gen mutasiyalarını aşkarlayan portativ cihaz hazırlanıb
10.06.2025 09:11

Rutgers Universitetinin Nyu-Brunsvik kampusunda mühəndislərdən ibarət bir tədqiqat qrupu nadir genetik mutasiyaların tez və dəqiq aşkarlanması üçün portativ diaqnostik cihaz hazırlayıb. Bu cihaz bir damla qan nümunəsi ilə ürək çatışmazlığına səbəb ola bilən irsi transtiretin amiloidozu (ATTR) kimi xəstəlikləri müəyyən etməyə imkan verir.

 

Aztibb.az “MedicalXpress” portalına istinadla xəbər verir ki, araşdırma “Communications Engineering” jurnalında dərc olunub.

 

Transtiretin genində baş verən spesifik mutasiyalar, xüsusilə Qərbi Afrika mənşəli populyasiyalarda geniş yayılıb və vaxtında aşkar edilmədikdə ciddi ürək problemlərinə yol aça bilər. Cihazın erkən diaqnostik imkanları bu kimi halların qarşısını almaq baxımından əhəmiyyətlidir, çünki ATTR üçün mövcud müalicə üsulları erkən mərhələdə effektiv ola bilər.

 

Layihənin əsas tədqiqatçısı, Rutgers Mühəndislik Məktəbinin professoru Mehdi Cavanmard qeyd edir ki, mövcud genetik testlərin nəticə verməsi üçün günlər və ya həftələr lazım olur. Yeni cihaz isə daha sürətli, sərfəli və istifadəsi asan olan test üsulu təqdim edir.

 

Cihazın texnoloji əsasını allele-spesifik polimeraza zəncirvari reaksiya (ASPCR) təşkil edir. Bu üsul mikrofluidik çiplərdə yerləşdirilən DNT nümunələrinin elektrik empedansı üzərində təsirini ölçərək mutasiyaları aşkar edir. ASPCR ənənəvi PCR texnologiyası ilə müqayisədə daha spesifik olub, mutasiyaların hədəflənmiş şəkildə identifikasiyasına imkan verir. İlkin laboratoriya sınaqları altı xəstə nümunəsi üzərində aparılıb və cihaz mutasiyaların mövcudluğunu dəqiqliklə müəyyən edə bilib. Tədqiqatçılar texnikanın həm həssaslığını, həm də spesifikliyini artırmaq istiqamətində işlərini davam etdirir, həmçinin birdən çox mutasiyanın eyni anda aşkarlanması üçün cihazın funksional imkanlarını genişləndirməyə çalışırlarlar. Bu, gələcəkdə tək test vasitəsilə bir sıra genetik xəstəliklərin aşkarlanmasını mümkün edə bilər.

 

Hazırda ASPCR analiz mərhələsi mikroçipdən kənarda aparılır, lakin gələcək hədəf bu mərhələ ilə yanaşı, elektrik aşkarlama prosesini də birbaşa mikroçip üzərində birləşdirməkdir. Bu, tam inteqrasiya olunmuş, yığcam və istifadəyə hazır diaqnostik sistemin formalaşmasına gətirib çıxara bilər.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır