Tədqiqat: Uşaq səhər yeməyi üçün nəzərdə tutulmuş hazır dənli bitkilərin keyfiyyəti zəifləyir
09.06.2025 09:46

Yeni akademik araşdırma 2010–2023-cü illər arasında ABŞ-da satışa çıxarılan və xüsusilə 5–12 yaş arası uşaqlara yönəlmiş səhər yeməyi üçün nəzərdə tutulmuş hazır dənli bitkilərin qida tərkibində ciddi keyfiyyət azalmalarının baş verdiyini üzə çıxarıb.

 

Aztibb.az amp.cnn.com-a istinadla xəbər verir ki, araşdırma nəticələrinə əsasən, son on il ərzində bu məhsullar daha şirin, daha duzlu və daha az qidalı hala gəlib.

 

ABŞ-da bir neçə elmi qurumun əməkdaşlığı ilə aparılan tədqiqatda 2010–2023-cü illər arasında bazara çıxarılan və ya yenidən qablaşdırılmış 1200-ə yaxın uşaq taxılı məhsulunun tərkibi analiz edilib. Məhsulların qida göstəriciləri qida verilənlər bazası üzərindən təhlil edilib və zamanla müqayisə aparılıb.

 

Nəticələrə əsasən, 2010-cu ildə porsiya başına 1.13 qram olan ümumi yağ miqdarı 2023-cü ildə 1.51 qramadək artıb (33.6 faiz artım). Ortalama şəkər miqdarı 2010-cu ildə 10.28 qram idisə, bu rəqəm 2023-cü ildə 11.40 qram olub (10.9 faiz artım). Natrium - 156 mq-dan 206.1 mq-a yüksəlib (32.1 faiz artım). Zülal və lif - Hər iki qida elementi üzrə azalma müşahidə olunub, baxmayaraq ki, konkret faiz dərəcələri göstərilməyib.

 

Tədqiqatçılar qeyd edirlər ki, bu dəyişikliklər məhsulların hazırlanmasında dadın və kommersiya cəlbediciliyinin, qida keyfiyyəti üzərində prioritetləşdirildiyini göstərir. Bu da uşaqlarda piylənmə və ürək-damar xəstəliklərinin gələcək risklərini artırır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır