D vitamini hüceyrə yaşlanmasını ləngidə bilərmi? - Araşdırma
27.05.2025 16:15

ABŞ alimləri D vitamini əlavələrinin hüceyrə qocalmasını ləngidə biləcəyini müəyyən ediblər.

 

Aztibb.az-ın medimagazin.com.tr-yə istinadla xəbərinə görə, D vitamini əlavəsinin qocalmaya təsirini araşdırmaq istəyən elm adamları 4 il ərzində 1054 nəfərin ağ qan hüceyrələrində "telomer" adlanan genetik strukturların uzunluğunu təqib ediblər.

 

Elm adamları tədqiqatın əvvəlində və tədqiqatın 2-ci və 4-cü ilində telomer uzunluğu ölçülən iştirakçılara hər gün 2000 IU vitamin D və 1 qram Omeqa-3 yağ turşusu veriblər.

Tədqiqat nəticəsində elm adamları gündəlik 2000 IU vitamin D əlavəsi qəbul edən insanlarda telomer qısalmasının yavaşladığını və bunun bioloji qocalmanın yavaşladığı anlamına gəldiyini ifadə ediblər.

 

Alimlər göstəriblər ki, D vitamini əlavələri yaşla meydana gələn hüceyrə aşınmasını orta hesabla 3 il gecikdirə bilir.

 

Digər tərəfdən tədqiqatçılar araşdırmada sınaqdan keçirilən Omeqa-3 əlavəsinin telomer uzunluğuna heç bir təsirinin olmadığını qeyd ediblər.

 

Tədqiqatın nəticələri "The American Journal of Clinical Nutrition"da dərc olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır