Yuxusuzluqdan əziyyət çəkirsinizsə, albalı yeyin
28.05.2025 14:09

Məlumdur ki, günün yorğunluğu insanın yuxu keyfiyyətinə mənfi təsir göstərir. Gecə rahat yata bilməmək, səhərlər yorğun oyanmaq artıq geniş yayılmış problemdir.

 

Aztibb.az xəbər verir ki, mütəxəssislərin fikrincə, bu problemin qarşısını albalı yeməklə almaq olar.

 

Araşdırmalar göstərib ki, albalı təbii melatonin mənbəyi olduğu üçün yuxuyagetmə prosesini asanlaşdırır. Yatmazdan əvvəl albalı yemək və ya suyunu içmək yuxunun həm müddətini, həm də keyfiyyətini artırır. İki həftə boyunca aparılan eksperimentlərdə yuxusuzluqdan əziyyət çəkən yaşlı şəxslər yatmazdan 2 saat əvvəl və səhər saatlarında bir stəkan albalı suyu içiblər. Nəticədə onların ümumi yuxu müddətinin orta hesabla 84 dəqiqə artdığı müşahidə olunub. Mütəxəssislər yuxu keyfiyyətini artırmaq üçün albalı ilə yanaşı, melotoninlə zəngin olan bal, banan, badam kimi qidalara da üstünlük verməyi tövsiyə edirlər. Bu qidalar da melatonin istehsalını stimullaşdıraraq bədənin yuxu mexanizmini tənzimləyir. Melatonini dəstəkləyən qidaların gündəlik rasiona əlavə olunması nəinki yuxu, ümumi sağlamlıq üçün də faydalıdır

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır