Göz quruluğunun səbəbi nədir?
26.05.2025 11:06

Göz quruluğu, göz səthinin kifayət qədər nəm olmadığı bir vəziyyətdir və ümumi bir problemdir. Bu vəziyyət qeyri-kafi göz yaşı istehsalı nəticəsində baş verir. Gözlərdə quruluq, yanma, sancma, qaşınma, bulanıq görmə və gözlərdə ağırlıq hissi kimi əlamətlərlə özünü göstərir.

 

Bu barədə Aztibb.az-a Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsinin həkim-oftalmoloqu Samirə Salmanova məlumat verib.

 

Həkim bildirib ki, uzun müddət kompüter ekranına baxmaq, kondisionerli mühitlərdə olmaq, kontakt linzalardan və bəzi dərmanlardan istifadə etmək sözügedən hala səbəb ola biləcək amillərdəndir. Bu durum gündəlik həyat keyfiyyətinə mənfi təsir göstərir və müalicə edilmədikdə daha ciddi göz problemlərinə səbəb olur. Buna görə quru gözün səbəblərini anlamaq, onun əlamətlərini tanımaq və müvafiq müalicə üsullarını tətbiq etmək çox vacibdir. 

 

Onun sözlərinə görə, yaşlandıqca bədəndə əmələ gələn göz yaşlarının miqdarı azalır. Bu vəziyyət xüsusilə postmenopozal qadınlarda daha geniş yayılmışdır. Hormonal dəyişikliklər gözyaşı bu istehsalına təsir göstərir.

Həkim bildirib ki, bu simptomları yaşayan insanların bir oftalmoloqa müraciət etməsi və uyğun müalicə üsullarını öyrənməsi vacibdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır